Makrondan daha bir antirekord: Reytinqi 14%-ə qədər düşdü
Bizi izləyin

Avropa

Makrondan daha bir antirekord: Reytinqi 14%-ə qədər düşdü

Makrondan daha bir antirekord: Reytinqi 14%-ə qədər düşdü

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə reytinqinin aşağı düşməsi ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, fransalı siyasətçinin reytinqi 14%-ə qədər düşüb. Bununla bağlı sorğunu "Ipsos-BVA" keçirib. Sorğuda fransız siyasətçilərə inamla bağlı araşdırma apaılıb. Araşdırmaların nəticələrinə görə, Makronu bəyənənlərin sayı nəinki ilbəil, aybay daha da azalır. Onun reytinqi noyabrda daha bir faiz aşağı enib. Fransızların 83 faizi siyasətçinin fəaliyyətinə mənfi yanaşırlar. Respondentlərin 3%-i isə öz mövqeyini bildirməyib.

"Ipsos-BVA"nın İdarəedici direktorunun müavini Brus Teinturye qeyd edib ki, Makronun reytinqi artıq Fransanın keçmiş Prezidenti Fransua Ollandın bir vaxtlar göstərdiyi antirekrodundan da aşağıdır.

Fransızlar həmçinin Baş nazir Sebastyan Lekornuya da mənfi münasibət bəslədiklərini gizlətməyiblər. Onun reytinqi cəmi 19% təşkil edib. Fransızların 72%-i Baş nazirin fəaliyyətindən narazıdır. Onun reytinqi son bir ayda üç bal azalıb.

Xatırladaq ki, ötən ay "CSA" şirkəti də Makronu məyus edən sorğu keçirmişdi. Şirkətin apardığı sorğu Makronun reytinqinin bir ay ərzində yeddi faiz azalaraq 17%-ə düşdüyün göstərmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm