Avropa
İsveç şahzadəsi uşaq serialını təqdim etdi
İsveç şahzadəsi Madlen təbiətə və ətraf mühitin qorunmasına marağı artırmaq üçün hazırlanmış yeni “Nunanın sorağında” uşaq serialını təqdim edib.
Publika.az xəbər verir ki, layihənin ideyası pandemiya dövründə - şahzadə və rəfiqəsi gələcək serial üçün konsepsiya hazırlamağa başlayanda ortaya çıxıb. Madlen təqdimatda həyat yoldaşı və iki uşağı ilə birlikdə iştirak edib.
Şahzadənin sözlərinə görə, onun əsas ilham mənbələrindən biri atası, İsveç Kralı XVI Karl Qustav idi. O, uşaqlıqdan qızına təbiət sevgisi aşılayıb, tez-tez ailə gəzintiləri təşkil edib və ətraf mühiti qorumağın vacibliyini öyrədib.
Madlen,, həmçinin öz uşaqlarından ilham alıb. Məsələn, oğlu Nikolasın sevimli yumşaq oyuncağı serialın personajlarından biri olan Manqo adlı kiçik uçan dələ üçün ilham mənbəyi olub.
Serialın premyerası dekabrın 5-də İsveçdə “SkyShowtime” yayım platformasında olacaq.
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
















.jpg)



















