Avropa
Patrul təyyarəsi Rusiya sərhədi yaxınlığında - Kreml bu ölkənin NATO-dan çıxarılmasını istəyir
Finlandiya Sərhəd Mühafizəsinə məxsus "Dornier 228-212" təyyarəsi Finlandiya körfəzində Rusiyanın dəniz sərhədinin yaxınlığında müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə uçuş məlumatlarına istinadla "RİA Novosti" məlumat yayıb.
Tutumu 19 nəfərədək olan ikimühərrikli təyyarənin istehsalı ötən əsrdə başa çatdırılıb. Finlandiya bu təyyarədən xarici sərhədlərinin patrul xidməti üçün istifadə edir.
Təyyarə Turku şəhərindən havaya qalxaraq ölkə sahili boyunca şərq istiqamətində hərəkət edib, Rusiya sərhədinin yaxınlığında isə istiqamətini dəyişərək qərbə doğru uçub. Agentlik hesab edir ki, baş verənlər Rusiya siyasətçiləri və diplomatlarının mütəmadi olaraq məlumat verdiyi NATO-nun ölkənin qərb sərhədləri yaxınlığında görünməmiş fəallığının bir hissəsi olub.
Daha əvvəl bildirilib ki, Ukraynada hərbi əməliyyatların başa çatdırılması ilə bağlı danışıqlar çərçivəsində Rusiya Finlandiyanın NATO-dan çıxarılmasını, Şimali Atlantika Alyansının qüvvələrinin Şərqi Avropadan və Baltikyanı ölkələrdən çıxarılmasını tələb edir. Moskva, həmçinin Böyük Britaniyanın nüvə silahı vasitəsilə Avropanı müdafiə etmək cəhdlərindən imtina etməsini istəyir.
Hüseyn İbadlı
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO



































