Berlində Z nəsli ilə polis arasında qarşıdurma: 28 cinayət işi açıldı
Bizi izləyin

Avropa

Berlində Z nəsli ilə polis arasında qarşıdurma: 28 cinayət işi açıldı

Berlində Z nəsli ilə polis arasında qarşıdurma:  28 cinayət işi açıldı

Berlin polisi Almaniya paytaxtında şənbə günü keçirilən və gözləniləndən xeyli çox iştirakçı toplayan “Gen Z regelt” (“Z nəsli işi öz əlinə alır”) gənclər hərəkatının etiraz aksiyasından sonra 28 cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Aksiyada təxminən 1,2 min nəfər iştirak edib, halbuki təşkilatçılar cəmi 100 iştirakçı qeydə almışdılar. Etirazçılar məktəblərin acınacaqlı vəziyyətinə, məcburi hərbi xidmətə, universitetlərin və sosial proqramların maliyyələşdirilməsinin azaldılmasına qarşı çıxıb, eləcə də digər problemləri gündəmə gətiriblər.

Polisin məlumatına görə, aksiya vaxtaşırı zorakılıq halları ilə müşayiət olunub. Yürüş başlamazdan əvvəl iştirakçılar kortejin önündə yerləşdirilmiş polis kordonunu yarmağa cəhd ediblər. Polis əməkdaşları fiziki güc tətbiq etməklə, o cümlədən etirazçıları itələyərək və onlara zərbələr endirərək qarşısını alıblar.

Bazar günü səhər saatlarına olan məlumata görə, polis ilkin məlumatlar əsasında 20 nəfəri saxlayıb. Saxlanılma səbəblərindən biri pirotexniki vasitələrdən istifadə olub. Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, saxlanılma zamanı aksiya iştirakçıları dəfələrlə polisə müqavimət göstərib və əməkdaşlara hücum ediblər.

İctimai asayişi pozma, bədən xəsarətləri yetirmə, hakimiyyət nümayəndələrinə müqavimət göstərmə və partlayıcı maddələrlə davranış qaydalarını pozma maddələri üzrə cinayət işləri açılıb. Aksiya yerində asayişin təmin edilməsi üçün təxminən 700 polis əməkdaşı cəlb olunub. Üç polis əməkdaşı xəsarət alıb.

Eyni zamanda, noyabrın 20-də Almaniyanın və digər Avropa ölkələrinin bir sıra şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Berlində keçiriləcək aksiyada iştirak etmək üçün təxminən 15 min nəfər qeydiyyatdan keçib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm