Şahzadə Harri Ukraynaya getdi
Bizi izləyin

Avropa

Şahzadə Harri Ukraynaya getdi

Şahzadə Harri Ukraynaya getdi

Böyük Britaniya şahzadəsi Harri "Superhumans War Trauma Conference" konfransında iştirak etmək üçün Ukraynanın Lvov şəhərinə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə “Novosti.LIVE” Telegram kanalı məlumat yayıb.

“Sasseks hersoqu Lvovda olub və burada ilk beynəlxalq Superhumans War Trauma Conference konfransında iştirak edib”, — deyə məlumatda bildirilir.

UNİAN agentliyinin məlumatına görə, şahzadə Harrinin bu səfəri Ukraynada münaqişə başlayandan bəri dördüncü səfəridir. Səfər çərçivəsində o, əlil arabasında reqbi yarışlarını izləyib, Ümumukrayna Məğlubedilməzlər Oyunlarında ukraynalı hərbçilərə və veteranlara dəstək nümayiş etdirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm