Bakı 2015
Avropa Oyunlarının bəhrəsi - Güləşçimiz dünya reytinqində birincidir
Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, reytinq siyahısında sərbəst güləşçilərimizdən 11 nəfərinin adı yer alıb.
Ötən ay Bakıda keçirilən İlk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı X.Qazyumov uzun müddət reytinqdə 2-ci olsa da, bu qələbədən sonra 97 kq çəki dərəcəsində reytinqin 1-ci pilləsində qərarlaşıb. Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya yüksəliblər. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşan idmançılardandır.
57 kq
12. Yaşar Əliyev - Avropa Oyunları 5-ci yer (nr)
65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)
6. Toğrul Əsgərov - Avropa Oyunları 1-ci yer (17)
11. Hacı Əliyev - Avropa Oyunları 3-cü yer 61 kq-da (12)
70 kq
8. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)
74 kq
13. Cəbrayıl Həsənov - Avropa Oyunları 3-cü yer (11)
86 kq
14. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (14)
15. Nurməhəmməd Hacıyev - Avropa Oyunları 5-ci yer (nr)
97 kq
1. Xetaq Qazyumov - Avropa Oyunları 1-ci yer (2)
3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (3)
125 kq
6. Cəmaləddin Məhəmmədov - Avropa Oyunları 3-cü yer (14)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun














.jpg)




.jpg)


















.png)