Bura dünyanın ən gözəl kəndidir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bura dünyanın ən gözəl kəndidir – FOTOLAR

Polşanın Malopolskoe vilayətində yerləşən bu kənd görənləri heyrətə salır. Həmin ərazidə yerləşən 20-yə yaxın ev və onlarla təsərrüfat tikilisi rəngli naxışlarla bəzədilib. Evlərin içərisi və çölü, o cümlədən həyətində olan tövləyə qədər hər yer rənglənib.

Evlərin rənglənməsi ənənəsi isə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranıb. Ənənəvi naxışlar incəsənət adamlarını və turistləri bu kəndə gətirir.

1948-ci ildən bu günə kimi ildə bir dəfə kənddə bütün evlər bəzədilir, naxışlar yenilənir. Bayramda yerli rəssamlar öz bacarıqlarını göstərmək üçün evlərin üzərinə bir-birindən gözəl naxışlar vurmağa çalışırlar. Publika.az həmin kənddən fotoları təqdim edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm