ŞOK: Təyyarədən yıxılan qız sağ tapıldı
Bizi izləyin

Bilgi.az

ŞOK: Təyyarədən yıxılan qız sağ tapıldı

Vaşinqton ştatında yüngül motorlu təyyarədən yıxılan qız sağ tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı Outemn Vitçi yoldan keçən şəxslər taparaq xəstəxanaya gətirib. Verilən məlumata görə, qız təyyarədən yıxılaraq bir neçə gün dağlıq ərazidə qalıb və yol tapmağa çalışıb.

Xəstəxanada yerləşən qızın vəziyyəti stabildir. Bununla belə, təyyarədə olan iki nəfərin taleyi haqda məlumat yoxdur. Sərnişinlərdən biri qızın nənəsi, digəri isə babası olub. Qızın sözlərinə görə, təyyarə qəzaya uğrayarkən babası da yerə yıxılıb. Onlarda paraşüt olsa da, nənə və baba hələ də tapılmayıb.

Qeyd edək ki, şənbə günü yüngül motorlu təyyarənin yoxa çıxması haqda xəbər yayılıb.

Təyyarə Linden şəhərinə uçurdu, lakin onunla əlaqə kəsilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm