Tatarlar: "Krımın yiyəsi necə azlıq oldu?"
Bizi izləyin

Bilgi.az

Tatarlar: "Krımın yiyəsi necə azlıq oldu?"

Tatarlar: "Krımın yiyəsi necə azlıq oldu?"

Ukrayna ərazisi olan qədim türk torpağı Krım ötən aydan Rusiyanın işğalı altına düşüb. Bölgəyə hərbi qüvvə yeridən Rusiya hakimiyyətə öz adamlarını gətirib və yarımadanı Ukraynadan qoparmağa çalışır. Krımın gerçək sahibi olan tatarlar bu plana qarşı çıxır.

“Media forum” saytı bildirir ki, hazırda Krımın 2 milyona yaxın əhalisi var. Tatarlar əhalinin 12,1 faizini təşkil edirlər. Tarix boyu Rusiyanın basqıları altında sayları azalan Krım türkləri 1944-cü ildə tam deportasiya ediliblər. Onların tarixi vətənlərinə qayıdışı 1987-ci ildən başlayıb, ancaq indi də azlıqdadırlar. 2013-cü ilin statistikasına görə, Krımda əhalinin 58,5 faizi ruslar, 24,1 faizi ukraynalılardır.

Tarixi mənbələr göstərir ki, XVIII əsrin birinci yarısında Krım əhalisinin 95,1 faizi, ikinci yarısında isə 92,6 faizi tatarlar olub. Müxtəlif illərdə keçirilmiş siyahıyaalmalar Krımda tatarların necə məqsədyönlü şəkildə azaldıldığını sübut edir:

1795-ci il (87,6%)

1816-cı il (85,9%)

1835-ci il (83,5%)

1850-ci il (77,8%)

1858-ci il (73%)

1864-cü il (50,3%)

1897-ci il (35,6%)

1917-ci il (28,7%)

1920-ci il (26%)

1926-cı il (25,1%)

1934-cü il (23,8%)

1937-ci il (20,7%)

1939-cu il (19,4%)

1944 və 1959-cu illər (0%)

1979-cu il (0,7%)

1989-cu il (1,6%)

2001-ci il (12,1%).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm