Bu oteldə müştərini dinazavor qarşılayır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu oteldə müştərini dinazavor qarşılayır – FOTOLAR

Yaponiyanın Naqasaki şəhərində dünyanın ilk robot oteli istifadəyə verilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, oteldə bütün xidmətlər robotlar tərəfindən həyata keçirilir.

Dünyada ilk dəfə olan bu layihənin əsas məqsədi müştərilərə daha sürətli və ucuz xidmət göstərməkdir. Bu otelin girişində isə müştəriləri biri dinazavor olan 3 robot qarşılayır, həmin robotlar oteldə qalmaq istəyən insanların giriş-çıxış, pasport və qeydiyyat məlumatlarını toplayır. Daha sonra isə "Bellboy" adlanan robot tərəfindən müştərilərin çantaları və ya yükləri otaqlarına qədər aparılır.

Həmçinin, bu otelin otaqları qeydiyyata alınan hər müştərinin üzünü tanıyaraq açılır. Otaqdakı bütün işlər interaktiv formada hazırlanıb. Belə ki, müştərinin verdiyi təlimatlar üzrə otaqdakı işıqlar, istilik-soyutma sistemləri və televiziya açılıb-bağlanır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm