Milyonlar versəniz də, bu yerlərə gedə bilməyəcəksiniz - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Milyonlar versəniz də, bu yerlərə gedə bilməyəcəksiniz - FOTOLAR

Atalar "çox gəzən çox bilər" deyiblər. Bu səbəbdən də bəzi insanlar dünyanın müxtəlif yerlərini gəzməyə, görməyə üstünlük verir, asudə vaxtlarda, istirahət günlərində ayrı-ayrı ölkələrə turist səfərlərinə çıxır, əyləncəli vaxtlarını ən gözəl məkanlarda keçirirlər. Lakin elə gəzməli, görməli yerlər də var ki, ora hətta dünya dövlətlərinin rəhbərləri, ən zəngin insanlar - milyonçular da daxil ola bilməzlər. Səbəblər isə müxtəlifdir. Başqa sözlə desək, milyonlarla dollar versəniz belə, həmin yerlərə gedə, daxil ola bilməzsiniz.

Publika.az bu sirli məkanların adlarını və yerləşdikəri ölkələri təqdim edir:

Dünyanın qadağan edilmiş turist bölgələrindən olan İlan Adası Braziliyada yerləşir. Bu kiçik torpağa hətta ən varlı adamların getməsi (və ya aparılması) rəsmən qadağandır. Çünki ada sıxlığa görə dünyada ən çox ilanın məskunlaşdığı yerdir – burada hər kvadratmetrə 1 ilan düşür. Adaya gəzməyə gedən hər turist maksimum 1 gün sağ qala bilər. Alimlər buradakı ilanların zəhərinin hətta insan sümüyünü əridə biləcək qədər təhlükəli olması barədə xəbərdarlıq edirlər.

Fransadakı Laskaus mağaralarına da getmək yasaqdır. 20 min il yaşı olan mağaraların divarları ibtidai icma dövründə yaşamış insanların divarlara çəkdikləri qədim rəsmlərlə zəngindir. Müxtəlif rəngli rəsmlərin yer aldığı mağaralara ancaq fransız tarixçiləri gedə bilər. Özü də hökumətin rəsmi icazəsi ilə.

Çinin Qin Şi Huanq məbədi - hər birinin üz ifadəsi fərqli olan, torpaqdan düzəldilmiş minlərlə "əsgər"in olduğu məbədə giriş hətta araşdırmaçılara, elm adamlarına qadağan edilib.

Avstraliya hökuməti bu qadağalarda bir qədər də önə gedib. Ölkə rəhbərliyi "Pine Gap" adlı əraziyə nəinki girişi, hətta onun üzərindən aviasiya uçuşlarını da yasaq edib. Bunun səbəbi həmin ərazidə xüsusi xidmət orqanının yerləşməsidir.

Dünyanın ən böyük milyonerləri belə, Britaniyadakı "RAF Menwith Hill"-ə səfər edə bilməzlər. Bura gediş-gəlişin nə üçün qadağan edilməsinin səbəbləri barədə müfəssəl məlumat verilmir.

Rusiyadakı Meşqoryenin çox gözəl xarici görünüşü, füsunkar gözəlliyi var. Lakin təəssüflər olsun ki, bu təbii gözəlliyi yalnız bir neçə yüz metr kənardan izləmək mümkündür. Əraziyə nə üçün giriş-çıxışa qadağa qoyulmasının səbəbləri açıqlanmasa da, buradaki kraterlərin mövcudluğu bəzi nüanslardan (nüvə) xəbər verir.

İnternetə girişin belə mümkün olmadığı Şimali Koreyadakı "Büro 39" da yasaq edilmiş ərazilərdəndir. Bura girişin bircə cəzası var – edam. Özü də bu cəza yalnız onu pozanı deyil, həmin şəxsin ailə üzvlərini də gözləyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm