Dünyanın ən fədakar atası-Fotolar
Bizi izləyin

Bilgi.az

Dünyanın ən fədakar atası-Fotolar

Dünyanın ən fədakar atası

Çində sadiq atanın hər gün 30 kilometr yol qət edərək əlil oğlunu aparması dövlətin diqqətindən yayınmayıb.

Yu Sukanq oğlunu bu qədər məsafəni aşmaq üçün xüsusi hazırlanmış səbətdə aparır. 40 yaşlı ata əl, ayaq və belindən əlil olan 12 yaşlı oğlundan imtina etməyib. Ata qeyd edir ki, oğlunun əlil olmasına baxmayaraq, beyni yaxşı işləyir və yaxınlıqda təmin olunmuş məktəb tapa bilmədiyi üçün onu oxutmaq üçün digər şəhərə aparır.

Uşağın 3 yaşı olarkən valideynləri boşanıb, o vaxtdan oğlana atası baxır. Heç bir məktəb avtobusu və ya nəqliyyatın olmadığı yerdə ata oğlunu hər gün məktəbə aparır və dərs bitdikdən sonra onu gəlib aparır. Oğlunu dərsə qoyduqdan sonra pul qazanmağa gedən ata onu hər gün eyni vaxtda gəlib götürür. Ata 12 yaşlı oğlunun 90 sm boyu olmasına baxmayaraq onun gələcəkdə müvəffəqiyyət əldə edib kollecə gedəcəyinə də ümid edir.

Sədaqətli atanın şücaət xəbəri yerli mətbuatda yayıldıqdan sonra dövlət onlara tezliklə yaxınlıqda ev vermək qərarına gəlib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm