Qəhvənin heç yerdə eşitmədiyiniz 6 faydası
Bizi izləyin

Bilgi.az

Qəhvənin heç yerdə eşitmədiyiniz 6 faydası

Qəhvə bir çox dərdin dərmanıdır. Ancaq ondan sadəcə olaraq, stressi azaltmaq və yuxunu qaçırmaq üçün faydalanırsınızsa, çox şey itirirsiniz. Çünki qəhvədən çox fərqli məqsədlər üçün istifadə etmək mümkündür.

Publika.az qəhvənin heç yerdə eşitmədiyiniz 6 faydasını təqdim edir:

Gübrə kimi təsir göstərir

Türk qəhvəsini içdikdən sonra dibində yığılıb qalan çöküntünü dibçəklərinizin dibinə tökün. Qəhvə gübrə kimi təsir göstərərək bitkinin daha yaşıl və sağlam görünməsini təmin edəcək.

Mebellərdəki ləkələri təmizləyir

Qəhvə tozunun üzərinə bir az su tökün və bu qarışıqla mebellərinizdəki ləkələri təmizləyin. Qəhvə həm də mebellərdəki cızıqları yox edir.

Saçları yumşaldır, parlaqlıq verir

Qəhvə ilə saçlara qulluq etmək olar. Belə ki, qəhvə saçları yumuşaldır, daha parlaq görünməsini təmin edir. Saçlarınızı şampunla yuyub təmizlədikdən sonra qəhvəni uclarına çəkin.

Bitləri və birələri uzaqlaşdırır

Qəhvə heyvansevərlərin də köməkçisidir. Çünki qəhvə bit və birələri heyvanlardan uzaqlaşdırır. Əgər it saxlayırsınızsa, onu çimizdirdikdən sonra üzərinə qəhvə çöküntüsü töküb 5 dəqiqə gözləyin. Daha sonra heyvanın tüklərini su ilə qəhvədən təmizləyin. Beləliklə, itinizi qaşınmaqdan xilas edəcəksiniz.

Pişiklərdən xilas olun

Xüsusilə həyət evlərində yaşayanlar ətrafdakı pişiklərdən narahat ola bilərlər. Pişiklərin evinizə girməsini istəmirsinizsə, qapı və pəncərələrin ətrafına qəhvə tozu səpin.

Soyuducudakı pis qoxuları aradan qaldırır

Bəzən soyuducuda xoşagəlməz qoxular hiss olunur. Həmin qoxunu aradan qaldırmaq üçün qəhvə ən yaxşı vasitələrdəndir. Kiçik bir qabın içərisinə qəhvə tozu töküb soyuducuya qoyun. Qəhvə 24 saat içərisində bütün qoxuları yox edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm