İtlər və pişiklər də insanlarla eyni hüquqa malik olacaq
Bizi izləyin

Bilgi.az

İtlər və pişiklər də insanlarla eyni hüquqa malik olacaq

Tezliklə İspaniyanın Triqeros del Valle şəhəri bəlkə də, bütün heyvanların yaşamı üçün ən əlverişli yer hesab olunacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 330 sakini olan şəhərdə əhali qəribə bir qanuna səs veriblər. Belə ki, bundan sonra itlər və pişiklər də insanlarla eyni hüquqa malik olacaq. Triqeros del Valle sakinlərinin heyvanlara olan sevgisini nəzərə alan şəhər meri bu qanunla razılaşmalı olub.

O deyib: "İtlər və pişiklər aramızda 1000 ildən çoxdur ki, yaşayır. Şəhər meri insanlarla yanaşı, şəhərdə yaşayan digər canlıları da təmsil edəcək".

Bundan əlavə, şəhərdə öküz yarışları da tamamilə ləğv edilib. Yeni qanuna görə, şəhərin qeyri-insan sakinləri öldürülə və döyülə bilməz.

Qeyd edək ki, Triqeros del Valle hələ 2010-cu ildə burada öküz yarışlarının ləğv edən ilk İspan şəhəridir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm