Çiçəklərdəki mutasiya - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çiçəklərdəki mutasiya - FOTOLAR

İlk baxışdan şəkildə gördüyünüz çobanyastığı çiçəkləri diqqəti çəkməyə bilər. Lakin bu fotolar Yaponiyada Fukusima-1 AES-də çəkilib. Fotolar çəkildiyi gündən bəri isə internetdə məşhurlaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çobanyastığı çiçəklərinin mutasiya etməsi 2011-ci ilin martında Yaponiyada baş verən zəlzələ və sunamidən sonra baş verib. Bu isə onu göstərir ki, ərazidə hələ də radioaktiv təhlükə yaşanmaqdadır. Çiçəklərin mutasiyası insanları 4 il bundan qabaq ərazidə baş verən faciəni xatırlatmağa vadar edib.

Fukusima ərazisində çiçəklərin mutasiya etməsi ilk hal deyil. Belə ki, əvvəllər də mutasiya etmiş dovşan və tərəvəzlər haqqında xəbər verilmişdi.

Qeyd edək ki, 2011-cilin martında baş verən təbii fəlakət atom elektrik stansiyasında qəzaya səbəb olmuşdu. Qəza nəticəsində yaxınlıqdakı ərazilər radioaktiv maddələrlə zəhərlənib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm