Daha bir estetik faciəsi qızı kor edəcəkdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Daha bir estetik faciəsi qızı kor edəcəkdi - FOTOLAR

Son zamanların qalın qaş dəbinə uymaq istəyən 19 yaşlı gənc qız qaşlarına edilən estetik müdaxilədən sonra az qala kor olacaqdı.

"Daily Mail"-ın yazdığı xəbərə görə, 19 yaşlı Polli Smit daha qalın qaşlara sahib olmaq üçün populyar qaş qalınlaşdırma ustasının yanına gedib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızın qaşları boyandıqdan sonra qaşınmağa başlayıb. Qaşlarına vurulan maddəyə qarşı allergiyası olan qız səhəri dəhşət içində oyanıb. Yuxudan duranda qızın üzü, gözlərinin altı şişmiş vəziyyətdə olub. Qız gözlərini çətinliklə aça bilib. Sonrakı 3 gün vəziyyət get-gedə pisləşəndə qız həkimə gedib

Həkimlər qızın dərisinin istifadə edilən boyaya qarşı allergik reaksiyası olduğunu bildiriblər. Lakin qızın faciəsi bununla bitməyib. Bir neçə həftə sonra qızın qaşları tökülməyə başlayıb.

Polli normal həyatına geri qayıtmaq üçün gündə 15 həb içmək məcburiyyətində qaldığını söyləyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm