UNO təyyarənin yaxınlığından keçdi – VİDEO
Bizi izləyin

Bilgi.az

UNO təyyarənin yaxınlığından keçdi – VİDEO

Uçan Naməlum Obyekt (UNO) olduğu hesab edilən cismin "Virgin Atlantic" hava yollarına aid sərnişin təyyarəsinin yaxınlığından keçdiyi görüntüləri ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüntülər təyyarənin "New York JFK" hava limanından qalxdığı vaxt qeydə alınıb.

Görüntülər iyulun 7-də həvəskar kamera ilə qeydə alınsa da, yalnız indi ortaya çıxıb. İlk olaraq təyyarənin arxa hissəsində görünən cisim təyyarənin ön tərəfinə qədər irəlilədikdən sonra görünməz olur.

İnternetdə dərc olunan görüntülər mübahisə yaradıb. Bir çox UNO mütəxəssisi nəhəng təyyarənin yaxınlığından keçən cismin UNO olduğunu bildirsə də, bəziləri mümkün görüntü saxtakarlığını istisna etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm