“Google” özü bu fotoları axtarır – dünyanın sirri açılmayan FOTOLARI
Bizi izləyin

Bilgi.az

“Google” özü bu fotoları axtarır – dünyanın sirri açılmayan FOTOLARI

Dünyanın bütün internet istifadəçiləri onlara lazım olan musiqi, foto, video, məqalə və s.-lə bağlı ilk öncə "google" beynəlxalq axtarış sisteminə müraciət edirlər. İş yerini, mənzili tərk etmədən, heç yerə getmədən bir çox lazımi materiallar barəsində məlumatları, fotoları, videogörüntüləri, musiqiləri məhz bu axtarış sistemində əldə edirik. Lakin elə fotolar da var ki, onları "google" özü axtarır. Bir qədər də dəqiqləşdirsək, bu beynəlxalq axtarış sistemi internetdə qəfil peyda olmuş fotoların sahiblərini, hansı şəraitdə çəkilmələri ilə bağlı informasiyaları axtarır.

Publika.az "google"nin müəmmalı fotolarını təqdim edir:

Fransadakı binalardan birinin eyvanında birdən-birə peyda olmuş müəmmalı canlının fotosunun sirri bu günə kimi hələ də açılmayıb. Bu səbəbdən də qorxunc görüntü müxtəlif şayiələrə yol açıb. Bəzilərinin bunun maneken, ya da heykəl olduğunu iddia etdikləri bir vaxtda "google" rəhbərliyi məhdudlaşdırıcı üsullardan istifadə edərək fotodakı görüntünü tanınmaz hala saldı.

Çilidə küçəyə atılmış mumiyaların "google"yə yüklənmiş görüntülər elə ilk dəqiqələrdən geniş rezonans doğurdu. Fotolara diqqətlə baxdıqda onların qorxu filmlərini manekenləri olması üzə çıxır. Lakin bununla bağlı müfəssəl məlumat verilmir.

İsveçrədə dağ yolunda hərəkət edərkən turistlərdən birinin çəkdiyi, fotokameraya təsadüfən düşmüş müəmmalı görüntünün nə olduğu indiyə kimi məlum deyil. Bu, hələ də müzakirə mövzusudur.

Sərdabələrdən birinin qarşısında foto çəkən turistin kamerasına qəribə ayaqları və görüntüsü olan qadın da düşüb. Sirri açılmayan bu qadın da bir çoxlarını heyrətə salmaqda davam edir.

ABŞ-ın şimal-şərqindəki küçələrdən birində çəkilib "google"yə yerləşdirilmiş foto Vilmiqton şəhərinin polislərini təhqiqatlara sövq etdi. Maşının içində uzanmış şəxsin diri, yaxud ölü olması araşdırmalara yol açdı.

İngiltərənin Vorkester (yaxud Vuster) şəhərində çəkilən fotoda küçədə yerdə qalmış qadın meyiti açıq-aşkar görünür. Meyitin şəxsiyyətinin müəyyənləşməməsi fotonun "google"-nin qorxunc şəkilləri sırasına düşməsinə səbəb olub.

Çılpaq kişinin oturduğu avtomobilin fotosunun hansı şəhərdə çəkildiyini heç kim bilmir. Bu fotoya ölü olub-olmadığı məlum olmayan itin və cəsəd torbasının da düşməsi ona maraq və şübhələri artırıb.

Məşhur "Gucci" mağazasının önündə çəkilmiş fotoda yerdə bir yaş – yaş yarımlıq körpənin iməklədiyi açıq-aydın görünür. Maraqlı məqam burasındadır ki, kameraya düşmüş həmin azyaşlının orada nə vaxt iməkləməsi məlum olmayıb. İkincisi, fotokameraya tuş gələn balaca bu mağazanın qarşısında günün 24 saatında müşahidə aparan nəzarət kameralarına (video) düşməyib.

Üzlərinə maska taxıb əllərinə tüfəng götürmüş naməlum şəxslərin bu fotosu da internetin beynəlxalq axtarış sisteminin unikal fotolarındandır.

Pitsburda çəkilmiş fotoda bir qadının evdən gizli qaçmaq istəməsi anı fotokameraya düşüb. Halbuki həmin evdə belə bir olayın yaşanmadığı, üstəlik bu görünüşlü qadının olmadığı deyilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm