Uğur, var-dövlət və xoşbəxtlik gətirən kulonlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uğur, var-dövlət və xoşbəxtlik gətirən kulonlar - FOTOLAR

Biz bəzək əşyalarını, adətən, intuitiv şəkildə seçirik. Çoxları kulonların hansı məna yükü daşıdığını bilmədən onları alıb taxır.

Publika.az bu yazıda ən geniş yayılmış kulon növlərindən hansının müsbət enerji ötürdüyünü, hansının bizə kömək etdiyini və ya xoşbəxtlik gətirdiyini araşdırıb.

Sahibinə uğur və xoşbəxtlik gətirən, onları qəzavü-qədərdən qoruyan kulonlar:

Pişik

Pişik hələ Qədim Misirdə müqəddəs heyvan sayılırdı. Misirlilər ona məhsuldarlıq və sevinc ilahəsi kimi ibadət edirdilər. O sahibini mənfi enerjidən və pis niyyətli adamlardan, evi isə cinlərdən qoruyurdu.

Balıq

Balıq İncildə dəfələrlə xristian olaraq təsvir edilib. Belə ki, xristianlar balığı əvvəllər xaç əvəzinə taxırdılar. Məhsuldarlıq rəmzi olan balıq kulonu sahibinə xoşbəxtlik və bərəkət vəd edir.

Mayböcəyi

Bu cür kulonları biznesdə uğur üçün ümid edən insanlar taxırlar. Mayböcəyi kulonunun işgüzar əlaqələri daha da möhkəmləndirdiyinə və uğurlu ticarət sövdələşmələrinə səbəb olduğuna inanılır.

Nal

Türk xalqlarının həm dini inancında, həm də məişətində at mühüm yer tutub. Nal (mütləq yuxarı istiqamətdə olmalıdır) isə bərəkət, xoşbəxtlik, ailə səadətinin əlamətidir. At nalının bədnəzəri qaytarması barədə inanclar da mövcuddur.

Hörümçək

Hörümçək kulonu sahibinə emosiyalarını nəzarətdə saxlamağa kömək edir və düzgün qərarlar qəbul etmək bacarığı verir.

Parabüzən

Parabüzən istənilən işdə uğur və xoşbəxtlik gətirən talisman kimi sayılır.

Yonca

Dörd yarpaqlı yonca da uğur gətirir.

Arı

Arı əməksevərliyin simvoludur, eləcə də məhəbbət keşikçisi kimi anılır.

Fil

Fil yüksək mövqe, xoşbəxtliyi və zənginliyi özündə təcəssüm etdirir.

Günəş

Günəş kulonunu isə mehriban və gülərüzlü insanlar taxırlar.

İlan

İlan kulonu təkcə müdrikliyin və qadın gözəlliyinin deyil, həm də yeni həyatın rəmzidir. Üstəlik, bu kulonu seçən qadınlar insan sərrafı olurlar.

Aypara

Ay obrazı hələ İslamdan əvvəlki sivlizasiyaların bir çoxunda mühüm yer tuturdu. Məsələn, qədim misirlilər Ay tanrısını "Xonsu" adlandırırdılar. Qədim türk mədəniyyətində də aypara fiquru özünəməxsus yerə malik idi. Qədim türklər ayparaya uğurlu fiqur kimi baxırdılar. Maraqlıdır ki, aypara fiquru həm də xristianlıqda Müqəddəs Məryəmin simvolu kimi qəbul edilir.

Şir

Şir simvolu çox əski çağlarda fədakarlıq və qanuna həsr olunan şəbihlər əsasında formalaşmış, ilahi hakimiyyəti, gücü, himayədarlığı və müdafiəni bildirirdi.

Qartal

Qartal əksər xalqların, eləcə də türklərin ilkin təsəvvüründə dövlət-hakimiyyət, iqtidar, sonsuz qüvvət, xilaskarlıq anlamında anılır.

Ürək

Qədim dövrlərdə ürək sevgi və ehtiras Allahı Dionisin simvolu kimi tanınırdı. İki qu quşunun bir-birinə toxunması ürəyin formasını yaradır. Qu isə məhəbbət, vəfa, sədaqət rəmzidir. Bu quşlar bir ömür boyu birlikdə qalır, bir-birinə "xəyanət" etmirlər. Bu, dünyada heyvanlar arasında çox nadir hallarda müşahidə olunan hadisədir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm