Ən qədim dəniz əqrəbinin qalıqları tapılıb
Bizi izləyin

Bilgi.az

Ən qədim dəniz əqrəbinin qalıqları tapılıb

460 milyon il bundan əvvəl yaşamış, uzunluğu 1,5 metr olan nəhəng yırtıcı ABŞ-ın Ayova ştatında tapılıb.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, ekzoskeletin görünüşü alimlərə əqrəbi ətraflı təsvir etməyə imkan verib.

Qeyd edək ki, bundan əvvəl tapılan əqrəb növü təxminən on milyon il əvvəl mövcud olub.

Tədqiqatçıların mülahizələrinə görə, nəhəng əqrəb çətin ki, məməlilərə ziyan vura bilərdi, çünki o qurdabənzər canlılarla qidalanırmış. Nəhəng əqrəb ovunu bir qədər irəli əyilmiş ikinci və üçüncü cüt ətrafların köməyi ilə əldə edib. Yırtıcı ən uzun ətraflarından üzmək və ya qazmaq məqsədilə istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm