Son 35 ildə bir ilk: göydə evləndilər – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Son 35 ildə bir ilk: göydə evləndilər – FOTOLAR/VİDEO

Portuqaliyanın hava şirkətlinə məxsus təyyarələrdən birində maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, paytaxt Lissabondan Barselonaya uçan təyyarənin sərnişinləri və heyət üzvləri nadir olaylardan birinə şahidlik ediblər. Sərnişinlərdən biri mikrofonu əlinə alaraq, üzünü stüardessaya tutaraq: "Vera Silva, bu təyyarəyə bəzi səbəblər üzündən minmişəm. Birincisi, mən səni çox sevirəm. Buna görə səndən soruşuram: - mənə ərə gəlməyə razısanmı?"

Çaşqınlıq içərisində olan bələdçi qız alqışlar altında suala cavab verib: "Bəli..."

Oğlan bundan sonra nişan üzüyünü sevgilisinin barmağına taxıb.

Vera Silva ilə Joa Vieyra bir-birlərini artıq 4 ildir sevirlər. Lakin qadın sevgilisindən belə təklifi təyyarədə eşidəcəyini gözləmədiyini bildirib: "Əvvəlcə şoka düşdüm. Çox utandığımdan hətta ayaqyolunda gizlənmək istədim. Lakin sonra fikirləşdim ki, o, mənimlə çox gözəl rəftar edir. Bu gün isə bunun bir daha şahidi oldum".

Joa Vieyra isə deyib ki, sevdiyi xanımı təəccübləndirəcəyi barədə onu əvvəldən xəbərdar edibmiş: "Həmişə deyirdim ki, Vera, əmin ol ki, bir gün sənə evlilik təklif edəndə özünü göylərdə hiss edəcəksən. Belə də oldu".

Təyyarənin 80 sərnişini, habelə ekipaj üzvləri bu hadisəni böyük maraqla qarşılayıblar. Ekipaj rəhbəri Pedro Marias belə hadisəyə son 35 ildə ilk dəfə rast gəldiyini deyib. Onlar evlilik təklifinin orijinal olduğunu vurğulayaraq, cütlüyün ailə həyatının hər zaman bu cür maraqlı olacağına əminliklərini dilə gətiriblər. Sərnişinlər də təyyarədəki evlilik təklifini heç zaman unutmayacaqlarını deyərək, evlənənləri təbrik ediblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm