Öldüyünə inanmadıqları üçün meyitini 6 həftədir soyuducuda saxlayırlar - FOTO
Bizi izləyin

Bilgi.az

Öldüyünə inanmadıqları üçün meyitini 6 həftədir soyuducuda saxlayırlar - FOTO

Hindistanın tanınmış "quru"larından olan Aşutoş Maharaj 6 həftə əvvəl vəfat edib. Onun tərəfdarları və təriqətinin mənsubları isə Maharajın ölmədiyini, "sadəcə, dərin və güclü meditasiya yuxusuna getdiyi"ni deyərək "quru"nun meyitini soyuducuda saxlayırlar.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, təriqət mənsubları "quru" Aşutoşun "ruhlar aləmi ilə ünsiyyətin ən son mərhələsinə, Samadiyə çatdığını" deyirlər.

Onlar A.Maharajın beyninin işlədiyini, deyilənləri eşitdiyini və anladığını vurğulayırlar.


Hindistanın şimalındakı Pəncab ştatının Nurmahal şəhərciyində "aşram"ı olan A.Maharajın ölkədə və dünyada milyonlarla ardıcılının olduğu iddia edilir.

Pəncab əyalətinin məhkəməsi isə olayı araşdırıb və Aşutoş Maharajın tərəfdarlarını fırıldaqçılıqda suçlayıb.


"Divya Jyoti Jagrati Sansthan" ("Oyanış Yolunun Tanrı Nuru") təriqətinin lideri olan Aşutoş Maharajın tərəfdarları isə məhkəmənin qərarını rədd edərək mərhum "quru"nun soyuducudakı cəsədinin keşiyini çəkirlər.


Aşramın mətbuat katibi Svaşi Vişnaland deyib: "Onun meditasiyasını başa vuraraq ayılacağı günü gözləyirik. Maharaj Aşutoş hələ də meditativ mərhələdə bizə göstərişlərini və əmrlərini yollayır. O, bizə tapşırır ki, oyanana qədər keşiyini çəkək. O ölməyib, ruhlarla danışır. Tarix boyu onlarla "quru" Himalay dağlarına yollanaraq buz kimi soyuqda "samadhi"yə çatmışdılar. Çoxları onları ölmüş bilsə də, sonradan onlar ayılıblar və geri dönüblər".


A.Maharajın aşramının qonşuluğundakı kəndin sakinlərindən biri isə deyib: "O ölməyib. Gözlərimizi yumanda maharaca ilə danışırıq. O, qayıdacağını söyləyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm