Bilgi.az
Dünyanın açılmayan sirləri: itmiş təyyarələr
Son bir neçə gündə dünya mediası “Malaisa airlines” şirkətinə məxsus təyyarənin Vyetnam sahillərində itkin düşməsindən yazır. Söhbət gövdəsində 239 nəfər sərnişin və heyət üzvü olan Boeng777-200 təyyarəsindən gedir. Martın 8-nə keçən gecə Malayziya paytaxtının aeroportundan havaya qalxandan 1 saat sonra radarlardan yoxa çıxan təyyarə ilə radio əlaqəsi də kəsilib. Təyyarədən hər hansı kömək siqnalı qeydə alınmadığı, ərazidədə isə hava şəraitinin normal olduğu bildirilir.
Təyyarənin Cənubi Çin dənizinə düşdüyü ehtimalı
ilə Vyetnam sahillərində axtarışlar aparılır.
Biz adətən belə səhnələri xarici filmlərdə
görürük. Heyət üzvləri bir anda təlaşa düşür, bir az keçəndən sonra
təyyarədən dumanlar çıxır və ... bildiyiniz qəza. Amma səs-sorağı
aylarla çıxmayan, sərnişin yaxınları, eləcə də bütün ölkə üçün
müəmmaya çevrilən itkin təyyarələr də tarixin səhifələrini az
yükləməyib.
Bir təyyarə niyə itir?
Odur ki, biz də mövzunun aktuallığını nəzərə alıb,
itkin düşən təyyarələrin hekayələrini araşdırmaq qərarına gəldik.
Necə deyərlər, bir təyyarə necə itə bilər? Rəsmi versiyalara və
qaydalara görə, bir təyyarənin itməsinin səbəblərindən biri onun
strukturunda yaranan hər hansı problemdir. Bir çox təyyarənin
materialı alüminiumdandır və zaman keçdikcə erroziyaya uğrayaraq
aşınmalar baş verə bilər.
“Onların arasında yadplanetlilərin qaçırdıqları
da var, pilotları intihar edənlər də...
Digər itmə səbəbi isə pis hava şəraiti ola bilər.
Doğrudur, təyyarələr ən pis hava şərtlərinə qarşı uça biləcək
formada hazırlanır. Amma tutaq ki, 2009-cu ilin iyununda “Air
France”’ın Rio de Jeneyro-Paris uçuşu zamanı Atlantik okeanı
üzərindən keçərkən yaxalandığı sərt fırtınalar nəticəsində qəzaya
uğraması tipli halların da baş verməsi mümkündür.
Pilotun səhvi variantını da unutmayaq. Məhz bu
zaman təyyarə avtomatik olaraq idarəetmədən çıxır və bəzən bunun
fərqinə varanda gec olur. Nəticə etibarilə təyyarələr radarlarla
əlaqənin kəsildiyi son nöqtədən 5-6 saat uzaqlıqda başqa bir
nöqtədə tapıla bilir.
Təyyarənin bütün motorlarının sıradan çıxması da
onun itməsinə səbəb ola bilər.
Və daha bir ehtimal - bombalanma da təyyarənin
itməsi səbəbləri sırasında göstərilir. Tarix boyu bəzi təyyarələrin
havada ikən partlaması nümunələri mövcuddur.
Qaçırılma ehtimalını da yaddan çıxarmayaq. Əsasən
piratlar təyyarələri planlaşdırılan yox, başqa bir aeroporta enməyə
məcbur edirsə, bu, qaçırılma sayılır. Bir çox hallarda isə 11
sentyabr nümunəsində olduğu kimi təyyarənin okeana yönləndirilməsi
ehtimalı da mümkündür.
Bilmədiyimiz daha bir səbəb - pilot intiharı.
1990-cı illərdə iki sərnişin təyyarəsinin radarla əlaqəsinin
kəsilməsi və daha sonra izsiz itməsinin kökündə pilot intiharının
dayandığı qeyd edilir. Təyyarənin yanlışlıqla, hava sahəsini
istifadə etdiyi ölkə tərəfindən vurulması da itkin düşmə
səbəblərindən biri kimi qeyd olunur.
Təyyarə okeana girdi, 3 il sonra
tapıldı...
Odur ki, misallarla nəzərinizə çatdırırıq ki,
Malaziya Hava Yollarına aid təyyarənin “başına gələnlər” daha öncə
də tarixdə yer alıb. Məsələn, 2009-cu ildə Air Francenin Rio de
Ceneyro-Paris səfərini gerçəkləşdirən, 447 saylı itkin düşən
təyyarəsinin tapılması üçün aparılan axtarış və xilasetmə
tədbirləri 5 gün boyunca davam etmişdi. Baş verən qəzanın səbəbi
buz kristallarının Airbus A330 tipi təyyarəsinin hava sensorlarını
blok etməsi idi. Bu zaman da təyyarə Atlantik Okeanına çaxılmışdı.
Təyyarənin yerinin tapılması əməliyyatları nə az, nə çox, düz 3 il
davam etmişdi.
1962-ci ildə itib, hələ də
tapılmır...
“Flying Tiger Line Hava Yollarının 1962-ci ilin
martında başına gələn isə bu günə qədər yaşanmış ən böyük havaçılıq
sirlərindən biri kimi qiymətləndirilir. Bu hərbi karqo təyyarəsi 90
nəfərlik əsgər heyətini Quamadan Filippinə aparmağa təhkim
olunmuşdu. Amma bu təyyarənin ”başına" nə gəldiyi hələ də bilinmir.
1.300-dən artıq insan təyyarənin qalıqlarını tapmaq üçün
əməliyyatlarda iştirak etdi, amma bu günə qədər heç nə tapılmadı.
Tək bilinən isə odur ki, həmin vaxt Sakit okeandan keçən bir
tankerin havada partlama görməsidir. Təyyarənin Sakit Okeana yaxın
bir yerlərdə düşməsi təxmin edilir.
Bermud üçbucağı
Daha bir əfsanə isə Florida, Bermud Adası və Porto
Riko arasında qalan üçbucaqla, başqa bir sözlə desək, “Bermud
Şeytan Üçbucağı” və orada itən təyyarələrlə bağlıdır. Xüsusən 20-ci
əsrin birinci yarısında bu sahədə tez-tez təyyarə və gəmilərin
itməsi sirr olaraq qalır.
Havaçılıq tarixinin bir digər sirri isə STENDEC
hadisəsidir. 1974-cü ilin 2 avqustunda Star Dust Hava Şirkətinə aid
təyyarə enişdən cəmi 4 dəqiqə əvvəl Mors əlifbası isə “STENDEC”
mesajını göndərmişdi. Amma mesajın nə məna verdiyi hələ də
bilinmir. Aradan keçən illər ərzində bu təyyarədən heç bir iz
tapılmadı. Amma 1998-ci ildə Argentinalı dağçılar təyyarənin
motoruna aid bəzi hissələr kəşf etdilər. Bundan hərəkətə keçən
Argentina ordusu 2000-ci ildə təyyarənin bütün qalıqlarını tapmağa
nail oldu.
2009-cu ilin 1 iyununda “Air France”a aid Airbus
A330 tipli təyyarəyə aid qalıqların və 216 sərnişin, 12 heyət
üzvünün cəsədlərinin tapılması da asan olmadı. 6 iyunda Braziliya
Hava Qüvvələri, təyyarənin qalıqlarının bir qismini və 51
sərnişinin cəsədini tapdıqlarını açıqladı. 17 iyunda isə bu
şəxslərin cəsədləri çıxarıldı. Təyyarənin yerdə qalan qalıqlarını
və digər sərnişinlərin cəsədini isə 3 dəfə cəhd edilməsinə
baxmayaraq, tapmaq mümkün olmadı.
Yadplanetlilər qaçırıb, yoxsa pilot intihar
edib?
Keçək tarixin ən sirli təyyarə
qəzalarına...
- 1936-cı ildə Fransız pilot Jan Mermoz, Latecoere
300 tipli təyyarə ilə birlikdə Seneqalın paytaxtı Dakar
sahillərinin 800 kilometrliyində motor problemi ucbatından itib.
Təyyarənin izlərinə heç bir zaman rast gəlinməyib.
- Amerikalı pilot Amelia Erhart və yanındakı Fred
Noonan ekvator boyunca dünyanın ətrafında gəzmək üçün 1937-ci ildə
səyahətə çıxıblar. Amma təyyarənin yanacağı Sakit okeanın
ortalarında qurtarıb və onlardan daha sonra heç bir xəbər çxımayıb.
Amelia Erhartın Atlantik okeanını təkbaşına boydan-boya keçən ilk
qadın pilot olduğunu isə xüsusi vurğulamaq yerinə düşər.
- Təyyarə qəzalarından danışıb da “Kişik
Şahzadə”nin yazarı Antoniya de Seynt Ekzüperini yaddan çıxarmaq
olmaz. İkinci Dünya Müharibəsinə qatılan ünlü yazar Almaniya
ordusunun hərəkətlərini izləməyə təhkim edilmişdi. 31 mart 1944-cü
ildə sonuncu dəfə havaya qalxdı və ondan sonra təyyarədən, eləcə də
yazardan heç bir iz tapılmadı. Təyyarənin qalıqları isə 60 il sonra
Marsilya yaxınlarında, dənizin dibində tapıldı. Bu mövzudakı
spekulyasiyalar isə hər zaman tarix və ədəbiyyat dünyasında
dolaşdı. İlkin versiyalara görə, bu, məşhur yazarı aradan götürmə
planının tərkib hissəsi idi. Amma niyə? Bu barədə saysız-hesabsız
cavablar var...
- 1945-ci ilin son ayında Mayami ilə Florida
arasında gündəlik uçuşunu gerçəkləşdirən təyyarə Bermud Şeytan
Üçbucağı adlı bölgədə itdi. İtmədən öncə göndərilən son radio
mesajlarında pilotlar kompaslarının işləmədiyini bildirirdilər.
Təyyarələrdən heç birinin izinə rast gəlinməyib.
- 2 avqust 1947-ci ildə Buenes Aires ilə Sandiyeqo
arasında uçan Star Dust (British South American Hava Yollarına aid
təyyarə) 11 sərnişinlə birlikdə itdi. Təyyarənin izlərinin 50 ildən
sonra tapılması bəzi komplo versiyaların yaranmasına səbəb oldu.
Onlardan biri də təyyarənin yadplanetlilər tərəfindən qaçırılması
idi. Təyyarəyə aid olan Rolls Royce motorlarından biri və cəsədlər
4600 metr yüksəklikdə alpinistlər tərəfindən tapılıb. 2000-ci ildə
isə Argentina ordusu təyyarənin digər izlərini tapmağa müvəffəq
oldu. 2002-ci ildə 8 ingilis sərnişindən 5-nin şəxsiyyəti təsbit
edildi.
- 1948-ci ilin dekabrında Porto Rikodan Mayamiyə
getmək üçün havalanan Airborne Transporter DC-3 29 sərnişinvə 3
heyət üzvü ilə birgə uçuşun sonlarına doğru itdi. Təyyarənin və
ölmüş sərnişinlərin izlərinə heç yerdə rast gəlinmədi. Bu da
Bermuda Şeytan Üçbucağı ilə bağlı sirr pərdəsini bir daha
təsdiqlədi.
- 13 noyabr 1972-ci ildə Uruqvay Hava Yollarına
aid bir təyyarə 40 sərnişin və 5 heyət üzvü ilə birgə Andes silsilə
dağlarını keçdiyi zaman itib. Qəzadan 27 gün sonra, artıq
təyyarədən heç kimin sağ çıxmayacağı düşünüləndə 16 sərnişin
sağ-salamat tapıldı. Daha sonra bu, bəzi filmlərə də mövzu verdi.
Məlum oldu ki, həmin sağ qalan 16 nəfər qəzada ölən digər
sərnişinlərin cəsədini yeyərək sağ qalmağa nail olub.
- 1996-cı ilin iyulunda Parisə getmək üçün
Nyu-Yorkdan havalanan TVA-ya aid bir təyyarə havaya qalxandan qısa
bir müddət sonra qəzaya uğrayıb. 230 nəfərin öldüyü qəza barədə
şahidlər bildirir ki, təyyarə havada partlayıb. Partlayışın səbəbi
bilinmir. Və onun izlərini tapmaq 3 il çəkib.
- 1999-cu ildə Misir Hava Yollarına aid sərnişin
təyyarəsi Qahirəyə getmək üçün havalandıqdan qısa müddət sonra
Atlantik Okeanına düşüb. 217 nəfərin öldüyü qəzanın səbəbi ilə
müxtəlif iddialar var. Qara qutu araşdırılanda isə məlum oldu ki,
pilot təyyarə okeana düşmədən əvvəl dəfələrlə “Allahım, sənə
güvənirəm” deyib.
- 2007-ci ilin 1 yanvarında İndoneziyada qəzaya
uğrayan Adam Air təyyarəsi 102 nəfərlə birlikdə okeanın sularında
itib. Təyyarənin qara qutusu və bəzi hissələri yaxın keçmişdə
tapılsa da, 102 nəfərdən hələ də xəbər yoxdur. /Yeni
müsavat
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ