17 yaşlı qız 8 saat işgəncədən sonra bu hala düşdü – ŞOK FOTOLAR
Bizi izləyin

Bilgi.az

17 yaşlı qız 8 saat işgəncədən sonra bu hala düşdü – ŞOK FOTOLAR

İngiltərədə baş verən bir zorakılıq faktının təfərrüatları məlum olub. Zorakılığa məruz qalan Sammer Qret başına gələn dəhşətli hadisəni qərb mediasına açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ilin dekabrında baş verən hadisə Sammerin 20 yaşlı dostu Cey Bleydsin evində baş verib. Dostugilə qonaq gedən 17 yaşlı Sammer çox keçmədən buna peşman olub. Ceydən başqa evdə 20 yaşlı Ceyms Kanninq və 21 yaşlı Emi Qreys də olub. Sammer bildirib ki, evə daxil olan ilk dəqiqədən dost hesab etdiyi şəxslərin ona qarşı olduğunu hiss edib. Başa düşüb ki, dostları ona qarşı plan qurur və öz aralarında telefon vasitəsilə mesajlaşırlar. Sammerə sevdiyi oğlanın ona xəyanət etdiyini deyən "dostları" buna inanmadığı üçün Sammeri döyüblər: "Onlar məni yumruqladı. Cey isə motosiklet üçün istifadə olunan zəncir ilə döydü. Beynimdə bir fikir dolanırdı - axı mən onlara nə etmişəm? Onlar məni niyə döyür?"

Yaşadıqlarından dəhşətə gələn Sammer xilas olmaq üçün özünü 8-ci mərtəbənin eyvanından küçəyə atmaq istəyib. Çünki o, dostlarının digər otaqda onun üçün ölüm planı hazırladıqlarını eşidib. Lakin evə gələn beşinci şəxs onu xilas edib.

Sammerə zorakılıq edənlər 9 il yarım müddətinə azadlıqdan məhrum edilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm