Bilgi.az
Rusiya telekanalı yıxıb-sürüdü: "Bu ermənilər..." – VİDEO

Rusiyanın "Ren TV" telekanalı "Hərbi sirr günü" verilişində erməniləri və Ermənistan tarixini məsxərəyə qoyub.
Publika.az xəbər verir ki, həm aparıcı, həm də efirdə nümayiş olunan süjetdə ermənilər və Ermənistan tarixi ələ salınıb. Verilişdə kinayə ilə belə bir fikir də səslənib ki, Misir piramidalarının tikilməsini misirlilərə ermənilər öyrədib. Daha sonra ermənilərin beynəlxalq səviyyəli iddialarını məsxərəyə qoyan aparıcı deyib ki, Musa peyğəmbər misirliləri İsrailə aparanda ermənilər də İngiltərəyə köç edib. Hazırkı ingilislər isə əslində ermənilərdir. Satirik sözlərlə fikrini ifadə edən aparıcı İqor Prokopenko bütün bunların lətifə yox, keçmiş sovet tarixçilərindən sitat olduğunu xatırladıb.
Hətta İrəvanda yerləşən Ermənistan tarixi muzeyində xalqın tarixinin 500 min il əvvələ gedib çıxdığı qeyd edilib. Muzeyin rəsmi saytında göstərilib ki, qədim insanın ancaq heyvan ovlayıb yediyi bir vaxtda, yəni təqribən 12 min il bundan əvvəl ermənilər ağır daşları hərəkət etdirə, kənd təsərrüfatı işləri görə bilirdilər.
Publika.az həmin verilişin videosunu təqdim edir.
İsa Şükürov

-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI
-
Cənubi Qafqaz14 Avqust 22:31
İrəvan metrosuna bomba qoyulması xəbəri YALAN ÇIXIDI - YENİLƏNDİ
-
Region14 Avqust 21:31
ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
-
Avropa14 Avqust 21:00
Ukraynadakı münaqişənin iki HƏLL VARİANTI: hansı seçilməlidir?