42 ildir sağ qolu göydədir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

42 ildir sağ qolu göydədir – FOTOLAR

Hindistanda yaşayan monax Amar Bxarti ölkəsində və dünyada yeganə rahibdir ki, 40 ildən çoxdur qolu göydə yaşayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, onilliklər öncə sağ qolunu hansısa bir bayram ənənəsinə uyğun deyil, Şiv adlı Allaha uzatmaq üçün göyə qaldırıb.

Rahib bununla da hindlərin Allaha inam rəmzinə çevrilib.

Amar 40 il öncə Hindistanın adi vətəndaşlarından idi. Bir çoxları kimi kasıb həyat sürən Amar çətinliklə də olsa, ailəsinin problemlərini həll edirdi. Həyat yoldaşını və üç övladını çətinliklə dolandıran Amarın düşüncəsi, xarakteri bir gecənin içində dəyişib.

Səhər yuxudan oyanan hindli ailəsinin problemlərini bir kənara qoyaraq Şiv adlı Allaha ibadət etməyə başlayıb.

Əyninə sadə paltar geyən Amar gecə-gündüz Hindistanın küçələrində dolaşaraq ibadətgahlara üz tutub.

O, 1973-cü ildə sağ qolunu göyə qaldıraraq Şiv adlı Allaha ibadət etməyə qərar verib. Rahibi tanıyanlar deyir ki, Amar bu illər ərzində qolunu bircə dəfə də olsa, yerə salmayıb. Monaxın özü isə bildirir ki, əvvəllər qolu ağrısa da, sonradan bu ağrı keçib.

Həmin vaxtdan keçən illər ərzində uzun müddət göydə qalan qol artıq öz funksiyasını itirib. Amar indi sağ qolunu aşağı sala bilmir.

Qeyd edək ki, Amar bu qeyri-adiliyi ilə təkcə Hindistanın deyil, bir çox ölkələrin mətbuatının diqqətini cəlb edib. İndi bütün dünya 40 ildən çoxdur sağ qolu yuxarıda qalmış monaxdan danışır. Onun barəsində sənədli film, verilişlər çəkilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm