“Facebook”dakı “gey”lərin əksəriyyəti amerikalıdır
Bizi izləyin

Bilgi.az

“Facebook”dakı “gey”lərin əksəriyyəti amerikalıdır

"Facebook" üzərindən aparılan araşdırmalara görə, bu sosial şəbəkədən istifadə edənlər içərisində özünün qeyri-ənənəvi oriyentasiyaya aid olmasını etiraf edənlərin sayı günbəgün artır.

Publika.az "Gazeta"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, son bir il ərzində 800 min amerikalı profil səhifəsində dəyişiklik edərək LGBT-nin üzvü olmasını təsdiqləyib.

Həmçinin bu sosial şəbəkədə qeyri-ənənəvi oriyentasiyaya aid olmasını təsdiq edən amerikalıların ümumi sayı 6 milyona çatıb.

Bundan əlavə, "Facebook"da aparılan tədqiqat nəticəsində o da məlum olub ki, 26 iyun, 2015-ci ildən - ABŞ-da eynicinslilərin nikahlarının leqallaşdırılmasından sonra sosial şəbəkəyə daxil olanların sayı iki dəfə artıb. Homoseksuallar 11 sentyabr və 15 oktyabr tarixlərində həmrəy olduqlarını göstərmək üçün oz profil fotolarına LGBT-nin bayrağını yerləşdiriblər.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkənin nəzarət xidməti "Facebook"da LGBT-nin təbliğatını qadağan etmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm