150 mini olan hər kəs tezliklə uçacaq - VİDEO
Bizi izləyin

Bilgi.az

150 mini olan hər kəs tezliklə uçacaq - VİDEO

Dünyanın ilk uçan maşınları 2016-cı ildə satışa çıxarılacaq.

Publika.az "reuters"-ə istinadən xəbər verir ki, Martin Jetpak hazırladığı bu maşının üzərində 35 ildir ki, çalışır. 2011-ci ildə təcrübədən keçirilən versiyası 1 km. hündürlükdə uçsa da, enişi paraşüt vasitəsilə mümkün olub. Mexanizmin üzərində iş davam etdirilib və "P12" adlı yeni versiya ötən həftə sınaqdan çıxarılıb.

Layihənin ümumi dəyəri 100 milyon dollardan çoxdur.

Uçan mexanizm 200 at gücü sürətilə uçur. Yanacaqla işləyən qurğu 30 dəqiqə havada qalır, 1000 metr hündürlüyə qalxır, 74 km. məsafəyə uçur, 120 kiloqram yük qaldırır. Uçan maşınların qiyməti 150 min ABŞ dolları civarında olacaq.

Hazırda avadanlığın təhlükəsizliyi yoxlanılır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm