“Sizi nişanlınızla tanış edim...”
Bizi izləyin

Bilgi.az

“Sizi nişanlınızla tanış edim...”

Kuprin nəsli

Kuprin Rus ədəbiyyatında öz sözünü deyən yazıçılardandı. Tənqidçilər onun "böyük yazıçı" ola biləcəyini düşünürdülər. Siması tatarlara bənzəyən Kuprinin bütün portretləri bunu təsdiqləyir. Bu heç də təəccüblü deyil: çünki onun anası tatar soyadı daşıyırdı. Kuprin həmişə Aleksandr İvanoviç familyasından fəxr etmişdi. O, tatar olduğuna görə qürur hissi keçirirdi.

Anası Lyubov Alekseyevin familyası Kulunçakov idi. Kuprin belə hesab edirdi ki, onların nəslinin əsası knyaz Kulunçakovla əlaqəlidi. Kulunçakov Kazan xanı Qasıma sadiq biriydi. Qasımın adına şəhər də salınmışdı və Kulunçakovun nəsli də XV əsrdə həmin şəhərdə yaşayırdı.

XVII əsrin ikinci yarısında Aleksandr İvanoviç Narovçat qəzasına, Penzensk quberniyasına gəlir. Səfalət içində olan ailə üzvlərində qudurğan xasiyyət üzə çıxmışdı. Onlar həyatlarını boşa xərcləyir, əyyaşlıq edirdilər. Əlbəttə, Kuprinin xarakterində də bu sərt cizgilər vardı. Ancaq bütün bunlara baxmayaraq, Kuprinin bu xasiyyəti onun şəxsiyyətinə təsir etməmişdi...

Gələcək yazıçının ağır günləri

Gənc Lyubov Alekseevin vaxtında ailəsi daha da pis vəziyyətə düşdü və gələcək yazıçının anası özündən mənşəcə xeyli aşağı olan İvan İvanoviç Kuprinlə evləndi. Aradan çox keçməmiş Kuprin ailəsində Sofiya adlı bir qız dünyaya gəldi. Sofiyadan sonra isə dalbadal üç uşaq dünyaya gəlsə də, onlar körpə vaxtlarında həlak oldular. Bu ölümlərdən gözü qorxan qadın depressiyaya düşür. Daha sonra bütün bunaları belə xatırlayır: "Mənə bir qoca kişi nə vaxt hamilə olduğumu soruşdu. Avqustda deyə ona cavab verdim. Qoca adını Aleksadr qoymağımı istədi. O zaman hər tərəf işıq saçacaqmış..."

Qoca yanılmamışdı. 1870-ci ildə gələcəyin yazıçısı Aleksandr İvanoviç Kuprin dünyaya göz açdı. Hələ bir yaşı tamam olmamış ailədə bədbəxt bir hadisə baş verdi: Kuprinin atası vəbadan öldü. Tamamilə tək qalmış Lyubov Narovçatdan Moskavaya köçdü. Böyük çabalardan sonra qadın qızlarını dövlət hesabına universitetlərə yerləşdirir, özü isə balaca oğluyla Dullar evində qalmalı olur. "Mənim uşaqlığım haqqında ilk xatirələrim Dullar evi ilə bağlıdır. – Kuprin daha sonra xatırlayacaqdı. – Atamın ölümündən sonra anam məni bura gətirmişdi. Mənim onda cəmi-cümlətanı dörd yaşım olardı. Anam bu evdə ən gənc qadın idi. Ətrafımdakıların hamısı yaşı ötmüş qadınlar və qarılar idi. Onlar anam haqqında danışanda həmişə belə deyirdilər: dul qalmış qız..."

Allaha inanmayan Kuprin

Burda özünü lazımsız hesab edən Kuprin ağır günlər keçirir, anasına baxdıqca iztirab çəkirdi. Dörd tərəfindəki adamlar belə, ona təskinlik vermir, yalnız anasının qucağında sakitləşirdi...

Kuprin hər gün Allaha dua edir, onu "yaxşı insan" kimi yetişdirməsini istəyirdi. Hələ beş yaşından həyatın hər üzünü görən gələcək yazıçı cavabsız suallar qarşısında karıxıb qalmışdı. "Hər axşam sakitcə dua edirdim. Nəhayət, heç bir şeyin dəyişmədiyini görəndə anama soruşdum ki, nəyə görə Allah mənim xahişimi yerinə yetirmir. Onun cavabından bir şey başa düşmədim: Görürsən, o səni mənim üçün belə yaradıb. Amma səhər mən durub çarpayıda göygözlü bir uşaq görsəm, bilərəm ki, bu sən deyilsən... Anamı çox sevirdim. Ona görə də anladım ki, gərək taleyimlə barışım. Ancaq bununla belə, yenə Allaha dua edirdim. Sonra başa düşdüm ki, o mənim xahişlərimi heç vaxt yerinə yetirməyəcək. Uşaqlıqdan gördüyüm bu laqeydlik məni Allaha inanmamağa itələdi..."

Hərbçi Kuprin

Altı yaşı tamam olanda Kuprini yetimlər evinə göndərirlər. Dörd il orda əzab və işgəncə görən uprin 10 yaşına çatanda hərbi gimnaziyada təhsilini davam etdirir. Hərbidə keçən ömrü onun "Təkbətək döyüş" povestində təsvir edilib. Kuprinin hərbi uşaqlığı "Ərəfə" adlı kiçik povestində, gəncliyi isə "Yunker" romanında geniş təsvir olunub.

Hərbi tərbiyə Kuprini fiziki cəhətdən gücləndirmişdi. "İnsan gərək fiziki azadlığını inkişaf etdirsin". – yazıçı qeyd edirdi. – "Öz bədəninə laqeyd qalmaq lazım deyil. İntelleqent vəzifələrə sahib olanların heç birində idmana maraq görmədim".

Kuprin hərbi hissədə həm məşq edir, idmanla məşğul olur, həm də şeirlərini, nəsr əsərlərini yazırdı. Aradan bir xeyli il keçdikdən sonra o, şair Liodor Palminlə tanış olur. Hansı ki, bu adam onun ədəbi debütünə yardım göstərmişdi.

"Sizi nişanlınızla tanış edim..."

Kuprin çox keçmir ki, gənc yazıçı Buninlə tanış olur. Onlar bir gün birlikdə Peterburqa, dövrünün tanınmış jurnalisti Davıdovun evinə gedirlər. Yazıçıları Davıdov və gözəl qəzı Mariya Karlovna qarşılayır. Buninlə qız çoxdan tanış idi. Onların səmimi münasibətləri və şən zarafatları vrdı. Ancaq Buninin bu dəfəki zarafatı ilahi həqiqətlə səsləşirdi. Mariya Karlovna o günü belə xatırlayırdı: "Salam, böyük hörmət sahibi". – o mənə müraciət etdi. O mübaliğəli şəkildə təzim etdi, daha sonra bir addım irəli gəlib dedi: - "Gəlin sizi nişanlınızla, mənim dostum Aleksandr İvanoviç Kuprinlə tanış edim".

Bu tanışlıqdan dörd ay sonra Kuprin və Mariya evləndilər. Kuprinin anası bu evlilikdən razı qalmışdı və hər gün Tanrıdan ona Kuprinin nəslini davam etdirəcək bir oğlan uşağı istəyirdi. Ancaq onun arzusu reallaşmadı: Kuprinlə Mariyanın yeganə uşağı Lidiya adlı qız oldu.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm