Ölümündən sonra da sərvət qazandıran məşhurlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümündən sonra da sərvət qazandıran məşhurlar – FOTOLAR

"Forbes" jurnalı ölümündən sonra belə pul qazandıran ulduzların siyahısını yayımlayıb.

Publika.az deyir ki, siyahıda birinci yeri 115 milyon dollarla Maykl Cekson tutub.

Ölümündən 6 il keçməsinə baxmayaraq, o, hələ də ailəsinə və prodüserlərinə sərvət qazandırır. Hər il albomunu müəllif haqlarına görə, həmçinin, geyim, aksessuar kimi şəxsi əşyalarının satışından milyonlarla dollar gəlir əldə edilir.

2009-cu ildə, 51 yaşında həyata vida edən pop kralı ötən il də 140 milyon dollarla siyahıda birinci olmuşdu.

Builki siyahıda yer alanlara yenə də Maykl Cekson başçılıq edir. Digər yerləri isə aşağıda adları qeyd olunan məşhurlar tutur:

2. Elvis Presli - 55 milyon dollar

3. Çarlz Şulç - 40 milyon dollar

4. Bob Marli - 21 milyon dollar

5. Elizabet Teylor - 20 milyon dollar

6. Merilin Monro - 17 milyon dollar

7. Con Lennon - 12 milyon dollar

8. Albert Eynşteyn - 11 milyon dollar

9. Pol Uoker - 10,5 milyon dollar

10. Betti Peyc - 10 milyon dollar

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm