Barak Obama ilə xanımı uşaqlara konfet payladı - VİDEO
Bizi izləyin

Bilgi.az

Barak Obama ilə xanımı uşaqlara konfet payladı - VİDEO

ABŞ prezidenti Barak Obama ilə xanımı Mişel Obama dünən Ağ Evdə Müqəddəslər gününü ("Halloween" bayramı) qeyd edib. Onlar uşaqlara konfet paylayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bayram münasibəti ilə Ağ Ev ənənəyə uyğun olaraq qeyri-adi bəzədilib.

Ağ Evin çəmənliyinə də balqabaqlar, hörümçək və digər bu kimi bəzək əşyaları qoyulub. Prezident və onun həyat yoldaşı isə küçəyə çıxaraq təbrikə gələn bütün uşaqlara cürbəcür şirniyyatlar paylayıblar.

Qəribə və qorxulu kostyumlar geyinən uşaqlar prezidentdən konfet alaraq onunla birlikdə şəkil çəkdiriblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm