Avropalılar daha çox nədən qorxurlar?
Bizi izləyin

Bilgi.az

Avropalılar daha çox nədən qorxurlar?

Şərqi Avropanın yaşı 55-dən yuxarı olan əhalisinin üçdə iki hissəsi qocalıqda tənha və xəstə qalmaqdan qorxur.

Bu məlumatı "Expobank" tərəfindən aparılan sonuncu sorğunun nəticəsi təsdiqləyir. Sosioloqların fikrincə, onların qorxuları əsassız deyil. Məlumatda bildirilir ki, orta hesabla yaşı 70-dən çox olan hər üçüncü təqaüdçü tək yaşayır. Uzunömürlü qadın təqaüdçülər arasında isə tənha qalanların faizi daha yüksəkdir.

Bu qorxu, həm də onunla təsdiq olunur ki, gənc, məhsuldar yaşda adamların çoxu tənha, ailəsiz yaşayır. Bunun səbəbi boşanma səviyyəsinin yüksək olmasıdır. Statıstikaya görə, çex ailələrinin üçdə bir hissəsi bir nəfərdən ibarətdir. Yaşa artdıqca tənha insanların sayı artır. İnsanların qocalıqda səhhətləri ilə bağlı problemlərdən qorxmalarına baxmayaraq, məhsuldar yaşda adamların cəmi 5 faizi tibbi xidmətlər üçün vəsait yığırlar. Mənzillə bağlı rəyi soruşulan təqaüdçülərin 59 faizi narahat deyil. Çünki onlar şəxsi mənzil və ya evdə yaşayırlar. Respondentlərin 20 faizi kirayədə yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm