Yapon icadı: qışda isti saxlayan yataqlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yapon icadı: qışda isti saxlayan yataqlar – FOTOLAR

Qış mövsümündə soyuq hava süstlüyə səbəb olur. Odur ki, yataqda və divanda daha çox vaxt keçiririk. Uzanıb film izləyir və ya kitab oxuyuruq. Hətta yerimizdən qalxıb çay içməyə belə ərinirik. Ancaq tənbəllik və süstlük, sadəcə, bizə məxsus xüsusiyyət deyil. Ən azından yapon icadı olan kotatsu bunu deməyə əsas verir.

Yaponlar soyuq qış günlərində evdə keçirilən dəqiqələri daha da gözəlləşdirmək üçün qədimdən bəri bunlardan istifadə edirlər. Kotatsu "qış masası" mənasını verir. Ancaq görünüşcə yatağa bənzəyir. Müasir dövrdə də yaponlar kotatsu ənənəsini davam etdirirlər. Təbii ki, indiki kotatsular daha gözəl dizayn edilir və istifadəçinin rahatlığı düşünülür.

Kotatsu istilik sisteminə qoşulur və ailə üzvlərini soyuqdan qoruyur. Onun içərisində yatmaq və ya üzərində səhər yeməyi yemək olar. Həmçinin dostlarla oturub söhbət etmək, ailə üzvləri ilə vaxt keçirmək üçün də münasibdir. Bir sözlə, yaponlar kotatsu sayəsində həm qızınır, həm də ailə bağlarını qüvvətləndirirlər.

Publika.az bir-birindən gözəl kotatsu modellərini təqdim edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm