• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

Rodos yenidən inşa ediləcək – VİDEO/FOTOLAR

  • Bilgi.az
  • 4 Noyabr 2015 17:45
  • 1 971 Baxış
Rodos yenidən inşa ediləcək – VİDEO/FOTOLAR

Qədim dövrdə dünyanın 7 möcüzəsindən biri hesab edilən Rodos heykəli yenidən inşa ediləcək.

Publika.az xəbər verir ki, layihə üçün bütün dünyada könüllülərdən pul toplanacaq. Memar Ari A.Pallanın hazırladığı layihəyə görə heykəlin hündürlüyü 150 metr olacaq. Heykəlin içərisində kitabxana, sərgi mərkəzi, yuxarı hissəsində isə restoran tikiləcək.

Rodos heykəlinin qısa tarixçəsi isə belədir:

E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum çəksə də, rodosluları məğlub edə bilməyib. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular dünyanın ən böyük heykəlini ucaltmağa qərar veriblər. Abidəni qədim dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xares hazırlayıb. Xares 36 metrlik tunc heykələ 12 ilini həsr edib. Heykəl 66 il mövcud olub.

Gənc bir oğlanın təsvir edildiyi abidə günəş Tanrısı Heliosun rəmzi kimi qəbul edilib.

E.ə. 225-ci ildə baş verən zəlzələdə "Rodos"un ayaqları sındığından heykəl dənizə aşıb. Təxminən 1000 il sahildə bu vəziyyətdə qalıb. Tarixçi Strabonun məlumatına görə, rodoslular batil inanclar üzündən onu qaldırmaq istəməyiblər. 653-cü ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəng heykəli bir yəhudiyə satıb.

Deyilənə görə, Nyu-York buxtasındakı "Azadlıq heykəli" hazırlanarkən Rodos nəhənginin obrazı əsas götürülüb. Hər iki heykəlin başında günəş simvolunun olması bu iddianı gücləndirir.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>