Dünyanın ən natural qəbiləsi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən natural qəbiləsi - FOTOLAR

Desona qəbiləsi Cənubi Amerikanın Amazon meşələrində yaşayan yerli qəbilələrdən biridir. Lakin bu qəbilə digərlərindən bəzi maraqlı cəhətləri ilə fərqlənir.

Publika.az xəbər verir ki, etnik qrupun üzvləri bütün adət-ənənələrini olduğu kimi qoruyub saxlayaraq təbii qəbilə adını alıblar. Bu səbəbdən də onlara dünyanın ən natural qəbiləsi deyilir.

Etnik qrupun üzvlərinin yaşam tərzi digər qəbilələrə bənzəmir. Müasir mədəniyyətdən uzaq, geridə qalmış bu insanlar Braziliyanın Manaus adlı ərazisində çox-çox illər bundan əvvəl məskunlaşıblar. Bu insanlar mehriban, hər kəsə isti münasibət göstərən etnik qrupun üzvləridir.

Qəbilənin rəhbəri üzünü xüsusi makiyaj etdirmiş etnik qrupun lideridir. Onun tez-tez gülümsəməsi qəbilə üzvlərinin yaxşı yaşamalarına işarə edir.

Kişiərin də ayrı-ayrı vəzifələri var. Onların vəzifələrini isə başlarına qoyduqları xüsusi papaqlar müəyyən edir.

Qeyd edək ki, qəbilə üzvlərinin yaşadıqları yer bu yaxınlarda aşkar edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm