Dilini tanrıya qurban verdi, həyatla vidalaşdı
Bizi izləyin

Bilgi.az

Dilini tanrıya qurban verdi, həyatla vidalaşdı

Hindistanda keçirilən dini festivallların birində dilini tanrıya "qurban" edən gənc həyatını itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dilini kəsən gənc çoxlu qan itirərək ölüb. Hindistanın şimalında yerləşən Xarhata şəhərində yaşayan 28 yaşındakı Deepak Qol hindilər üçün müqəddəs sayılan Navratri festivalında dilini yaxşılıq tanrısı Durgaya qurban vermək üçün kəsib. Bir neçə dəqiqə ərzində xeyli qan itirən gəncin vəziyyəti ağırlaşıb.

Vəziyyətin ciddiliyi 5 saat ərzində ətrafdakı insanlar tərəfindən fərq edilməyib və gənc həyatını itirib.

Deepak Qol bu cür ayinlər zamanı ilk ölən gənc deyil. Ötən il də bir neçə nəfər bənzər şəkildə həyatla vidalaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm