Saqqallı kişilər aldatmağa daha meyillidir
Bizi izləyin

Bilgi.az

Saqqallı kişilər aldatmağa daha meyillidir

Kişilər arasında aparılan araşdırmaların nəticələrinə görə, saqqal, sahibinin aldatmağa meyilli olduğunu göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan və ABŞ-da 2000 kişi arasında aparılan tədqiqatın nəticəsində bu qənaətə gəlinib.

Amerikadakı sorğuda iştirak edən kişilərin 65 faizi, hindistanlı kişilərin isə 86 faizi saqqalın onların intim həyatında böyük rolu olduğunu bildiriblər. Araşdırmaya qatılan saqqallı kişilərin yarısı sevgililərinə tez-tez xəyanət etdiyini açıq şəkildə etiraf ediblər.

Mütəxəssislər saqqal ilə sədaqətsizlik arasında nə kimi əlaqə olduğunu bilməsələr də, kişilərin daha xarizmatik imic yaratmaq üçün saqqal saxladığını düşünürlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm