• USD 1,7000 0,00% EUR 2,0137 -0,22%
    • GBP 2,2658 +0,09% RUB 0,0224 +0,45%

Qeyri-adi məzarlar tapıldı - FOTO

  • Bilgi.az
  • 9 Noyabr 2015 16:39
  • 1 661 Baxış
Qeyri-adi məzarlar tapıldı - FOTO

İraqda su və kanalizasiya sistemlərinin yenidənqurma işləri aparılarkən olduqca maraqlı qəbiristanlıq tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İraqın Duhok şəhərində baş verib.

Ölülərin fərqli şəkildə basdırılması, palçıqdan tabutlar mütəxəssisləri də təəccübləndirib. Hələ hansı dövrə aid olduğu bilinməyən qəbiristanlıqla bağlı italiyalı antropoloq Dr.Aleksandro Kançi araşdırma aparır.

Antropoloq indiyə qədər belə bir məzar görmədiyini bildirib: "Ərazidəki işlər tamamlandıqdan sonra bəzi nümunələri İtaliyaya aparmaq istəyirik. Məzarların hansı dövrə və hansı millətə aid olduğunu öyrənmək lazımdır".

Rübabə

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR