Dünyanın ən qoca iti tapıldı – FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qoca iti tapıldı – FOTO

Avstraliyanın Viktoriya ştatında dünyanın ən qoca iti tapılıb.

Publika.az Gazetaya istinadən xəbər verir ki, Meqqi ləqəbli bu itin 30 yaşı var.

Bu yaşı insanla müqayisə etsək, təxminən 200 il ömür deməkdir. Meqqi öz sahibi Brayn Maklarenin süd fermasında dolaşır. Lakin sahibi itin orijinal sənədlərini itirdiyindən onun yaşını sübut edə bilmir.

Veterinar Cek Eyebri hesab edir ki, it veterinaiyanın inkişafı sayəsində hələ bir müddət də yaşaya biləcək.

İndiyə qədər dünyanın ən yaşlı iti Avstraliyada Blyu ləqəbli it idi. O, 1939-cu ildə 29 yaşında ölüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm