• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Bu kitaba 49 milyon dollar verərdinizmi? - FOTOLAR

  • Bilgi.az
  • 12 Noyabr 2015 16:45
  • 971 Baxış
Bu kitaba 49 milyon dollar verərdinizmi? - FOTOLAR

Kolleksionerlər üçün kitab ən bahalı zinət əşyalarından belə qiymətli sayılır. Bəzi nəşrlərin dəyəri zaman keçdikcə, daha da artır və milyonlarla dollara satılır.

Kitabın qiymətini onun sayı müəyyən edir. Kitab nə qədər nadir hesab olunursa, bir o qədər baha qiymətə satılır.

Publika.az dünyanın ən bahalı kitablarını təqdim edir:

"Alisa möcüzələr diyarında" - 2 milyon dollar

Kitabın müəllifi Lyuis Kerroldur. Əsər 1863-cü ildə yayımlanıb.

"İnsan bədəninin quruluşu" - 2.2 milyon dollar

Yazarı Andreas Vezalidir. Əsər 1543-cü ildə yazılıb.

"Federalist yazılar" - 2.3 milyon dollar

Kitab Aleksandr Hamilton, Con Cey və Ceyms Medisona aid olan 85 məqalədən ibarətdir. 1788-ci ildə yayımlanıb.

"Qurani-Kərim" - 2.6 milyon dollar

1203-cü ildə qızıl hərflərlə yazılıb.

"Don Kixot" - 2.9 milyon dollar

Migel de Servantesin müəllifi olduğu kitab 1605-ci ildə yayımlanıb.

"Meyvə ağaclarının müqaviləsi" - 5.3 milyon dollar

Kitabın müəllifi Аnri Lui Dyuamel Моnso adlı məşhur botanikdir.

"Komediyalar, tarixçələr və tragediyalar" - 8.1 milyon dollar

Uilyam Şekspirin 36 əsərindən ibarət kitabdır.

"Quttenberq incili" - 10.2 milyon dollar

Quttenberqin çap etdiyi ilk kitablardan biridir.

"Kentenberi hekayələri" - 10.9 milyon dollar

Kitabın müəllifi Cefri Çoserdir. Əsər XIV əsrdə qələmə alınıb. İngilisdilli yazılı ədəbiyyatın ilk nümunələrindən biri olması onu daha da qiymətli edir.

"Amerikanın quşları" - 12.4 milyon dollar

Yazarı Con Ceyms Odübondur. Cəmi 119 ədəd çap edilən kitab hazırda ən nadir əsərlərdən biri hesab olunur.

"Zəburun kitabı" - 14.4 milyon dollar

Dünyada bu kitabdan cəmi 11 ədəd var.

"Kutbert incili" - 14.7 milyon dollar

VIII əsrdə yazılmış cib kitabıdır. O, dünyanın ən qiymətli "İncil"i hesab edilir. Üz qabığı dəridən hazırlanıb.

"Lester şifrəsi" - 49 milyon dollar

Leonardo da Vincinin müxtəlif elm sahələri ilə bağlı şəxsi qeydlərinin yer aldığı dəftərdir. Dünyanın ən zəngin adamı olan Bill Qeyts bu əsəri alaraq kolleksiyasına daxil edib.

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR