Bilgi.az
Mərcə girdi, Eyfel qülləsinə çıxdı...
Albaniyada yaşayan azərbaycanlı modelin hobbisi əksəriyyətin qanını dondurur.
Publika.az xəbər verir ki, Albaniyada çalışan azərbaycanlı model Azər Həsənov hündürlük həvəskarıdır. O, ekstremal əyləncəni həyatının əvəzolunmaz hissəsi hesab edir. Sonuncu dəfə Fransanın rəmzi sayılan Eyfel qülləsinin başında görüntülənən model bunu bir erməni ilə mərcləşdiyi üçün reallaşdırıb:
"Fransada idim. Komandamızda erməni də var idi. Azərbaycanlıları qorxaq adlandırdığı üçün onunla mübahisəmiz düşdü. Təklif etdim ki, gəl, heç bir ehtiyat tədbiri görmədən Eyfel qülləsinə dırmaşaraq orada gəzişək. Özünü sındırmamaq üçün mənimlə razılaşdı. Qüllənin hündürlüyü 300 metrdən çoxdur. Çıxdı, amma sonadək gedə bilmədi. Yanında olmasaydım, yıxılacaqdı. Həmin anın fotosu da var. Əlimdən tutaraq sallanmış vəziyyətdə qalıb. Ona və komandamıza sübut etdim ki, azərbaycanlılar qorxaq deyil".
Həmyerlimiz bundan başqa, Dubayda 600 metrlik "Burc" qülləsinə, Pekin şəhərində 405 metrlik "Teleqüllə"yə də çıxıb. O, Moskva və Almaniyada da belə macəralarının olduğunu deyib.
Qeyd edək ki, Azər Həsənov modelliklə yanaşı, boksla da məşğul olur.
İsa Şükürov
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR