Bu “göydələnləri” heyvanlar inşa edir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu “göydələnləri” heyvanlar inşa edir – FOTOLAR

Ev – yaşayış məskəni təkcə insanlar üçün deyil, bəzi heyvanlar üçün də mühüm əhəmiyyət kəsb edir. Özü də elə canlılar var ki, onların inşa etdikləri "evlər" qeyri-adilikləri, xüsusilikləri ilə seçilirlər. Hətta bəzi canlıların "evlər"I insanların inşa etdikləri binalardan da fərqlənir.

Publika.az heyvanların inşa etdikləri qeyri-adi "evləri" təqdim edir:

Qunduzları təsadüfi yerə meşə mühəndisi adlandırmırlar. Bu heyvan özünə inşa etdirdiyi ev üçün çoxlu sayda böyük ağac, palçıq və daşdan istifadə edir. Qunduzların bu inşası hətta bəzi meşələrdə talaların meydana gəlməsinə də səbəb olur. Suyun altında və üstündəki "evlər" bir neçə "otaq"dan ibarət olur.

Cənubi Afrikada və Namibiyada yaşayan sərçəyə bənzər kiçik quşları ictimai toxucular da adlandırırkar. Sayları cəmi 400-dür. Onlar yuvalarını kəsici və deşici, iti çubuqlarla doldururlar ki, ora başqa heyvanlar girə bilməsin. Yuvaların içi tunellərlə dolu olur. Onların inşa etdikləri evlər adətən iki hissəyə ayrılır – qış və yay mövsümlərində istifadə etmək üçün.

Türkiyədə aparılmış araşdırmalar zamanı məlum olub ki, bəzi qarışqaların yerin altında inşa etdikləri "evlər" 40 metrdən uzun tunellərə malikdir. Yeraltı "şəhərlərdə" bizim şəhərlərdə olduğu kimi yollar, bir-birinə bağlı tunellər olur. Qarışqalar bunun üçün 40 tona yaxın torpağı yerin üzünə çıxarırlar.

Su səviyyəsinin 24 metr dərinliyində yaşayan kirpi balığının inşa etdiyi "ev" xüsusi naxışları, gözəlliyi ilı seçilir. Bu evləri cəmi 12 santimetr uzunluğa malik erkək balıqlar inşa edir. Yeni məskən 24 saat fasiləsiz suyun altındakı qumun üzərində çalışdıqdan sonra yeni naxışlar formasında olur. Gözəl naxışlar dişi balığın xoşuna gəlmək üçündür. Əgər naxışlar dişi balığın xoşuna gəlsə, yumurtalarını onun üzərinə qoyur.

Afrikanın, Asiyanın ayrı-ayrı ərazilərindəki ağ qarışqalar isə "göydələnlər" inşa edirlər. "Göydələn"in inşası haqda əmri qarışqaların kraliçası verir. Minlərcə qarışqa isə əmri yerinə yetirərək, hətta beton kimi sərt "göydələn" inşa edir. Bu "göydələnlər"in birinin inşası bir neçə ilə başa gəlir. Hündürlüyü də bir neçə metr olur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm