• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Öz qanında boğulan qadın – FOTOLAR

  • Bilgi.az
  • 24 Noyabr 2015 00:56
  • 2 111 Baxış
Öz qanında boğulan qadın – FOTOLAR

Adi təsadüf nəticəsində, hər hansı maraqlı olay zamanı çəkilmiş fotolar ən çox seyr edilən görüntülərdir. Çünki belə şəkillər insanların marağını daha çox cəlb etdiyindən izlənilir. Elə fotolar da var ki, onların baxılma sayı milyonlarladır. Belə şəkillər arasında faciə, sirli hadisə, maraqlı olayları əks etdirən fotolar da var.

Publika.az ən qorxunc, qeyri-adi, maraqlı, çox baxılan fotolarını təqdim edir.

Divanda uzanmış qadının fotosu – 1909-cu il. Əslində, o yatmayıb. On doqquzuncu, habelə ötən əsrin əvvəllərində ölmüş insanların fotolarını çəkmək dəb halını almışdı. İnsanlar dünyasını dəyişmiş doğmalarının fotolarını çəkir, eləcə də özləri ölülərlə xatirə fotoları çəkdirirdilər.

Lakin divanda uzanmış bu qadının ölümü digərlərininkindən çöx fərqlidir: o, öz qanını içərək ölüb...

1945-ci ildə baş vermiş avtomobil qəzası. Nəticə çox ağır, ağır olduğu qədər də qeyri-adidir. Avtomobil işıq dirəyinə elə zərblə çırpılır ki, sürücünün cəsədi dirəyin başına düşür...

Constaunda kütləvi intihar... Çoxumuz elə bilirik ki, son illər ABŞ-da baş vermiş ən təhlükəli hadisə 2011-ci ilin 11 sentyabr faciəsidir. Əslində isə ölkədə bu olaydan əvvəl də faciə yaşanıb. Bu, Constaundakı kütləvi özünəqəsd hadisəsidir. Bu hadisə zamanı 918 nəfər özünü öldürüb...

Vampir Auqust Delaqranqın ürəyi... Ürəyinin fotosu kimi özü də qorxunc olub. Auqust ən azı 40 nəfəri qətlə yetirərək onların qanını içib...

Ər və arvadın son fotosu. Cütlüyün son fotosundakı qadın, əslində, 2 gün əvvəl dünyasını dəyişib. Əri mərhuməni bəzədərək onunla son fotosunu çəkdirib. Qadının hansı səbəbdən dünyasını dəyişməsi haqda məlumat yoxdur...

1948-ci ildə çəkilmiş fotoda lövhədə şəkil çəkən uşağın fotosu da olduqca maraqlıdır. Əslində, valideyn qayğısından məhrum olan bu azyaşlı heç vaxt üzünü görmədiyi evlərinin "foto"sunu çəkib. O, evlərini lövhədəki kimi təsəvvür edir...

Livanın paytaxtı Beyrutda dostların ölümqabağı son fotoları. Onlar küçədə şəkil çəkdirərkən bunun sonuncu foto olacağını ağıllarına da gətirmirdilər. Gənclərdən bir neçə metr kənardakı avtomobilin salonunda quraşdırılmış bomba livanlıların həyatının sonunu gətirdi...

Yüksəkmərtəbəli binalardan birindən özünü ataraq intihar etmiş Evelin Makxeylin fotosu onu çəkən fotoqrafı məşhurlaşdırdı. Bu özünəqəsd isə tarixə ən "gözəl" intihar kimi düşdü...

Ukraynada –Odessadakı sərdabədə tapılmış meyitin fotosu. Bədənin yarısı çürümüş vəziyyətdədi. Foto ukraynalıları dəhşətə gətirmişdi...

Həyatının ilk ilini sirkdə keçirmiş Mertl Korbinin fotosu. O, bir neçə ayaqla doğulmuşdu. Qadının nəinki özünü, fotosunu da görənlər ilk baxışdan təəccüblənir, bəziləri hətta qorxurdu...

Xəstəxanalardan birinin müşahidə kamerasına düşmüş görüntü... Bu qeyri-adi görüntüdən bir neçə saniyə sonra palatadakı xəstə dünyasını dəyişir. Onun ruh olduğu ehtimal edilir...

Avstraliyada bir dalğıc tərəfindən çəkilmiş fotoda kadra təsadüfən düşmüş görüntü hər kəsi təəccübləndirir. Araşdırmalardan sonra görüntünün bal ayında əri tərəfindən qətlə yetirilmiş qadının meyiti olduğu aşkarlanır...

Anar Tağıyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR