• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Kitab oxuyanlara pulsuz çay verilir - FOTOLAR

  • Bilgi.az
  • 13 Yanvar 2016 05:15
  • 1 420 Baxış
Kitab oxuyanlara pulsuz çay verilir - FOTOLAR

Türkiyənin Aydın vilayətinin Sökə kəndində qəhvəxana sahibi Haluk Yalçınöz maraqlı layihəyə başlayıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, qəhvəxana sahibi yaratdığı kitabxanadan kitab alıb oxuyan müştərilərinə pulsuz çay paylayır.

O, bu layihədə əsas məqsədinin müştərilərə kitab oxutdurmaqdan ibarət olduğunu deyib. Qəhvəxanaya gələnlər isti zalda həm kitab oxuyur, həm də pulsuz çay içirlər.

Kənddə yaşaması səbəbindən böyük kitabxana yaratmaq imkanlarının olmadığını deyən Yalçınöz sakinlərin maraqlı, fərqli kitab oxumağa yer tapmadıqlarını əlavə edib. O bildirib ki, əvvəllər kitabxanada az sayda kitab olub. Sonra kitabların sayını, kitabxananın isə sahəsini genişləndirib.

Yeri gəlmişkən qeyd edək ki, İzmirdə də "Yetər ki, oxu, çay bizdən" şüarı ilə maraqlı layihə mövcuddur. 40 il yaşı olan "Doğan" Kitab evi gənclərin kitaba maraqlarını artırmaq üçün müştərilərinə pulsuz çay verir.

Kitab evinin yuxarı mərtəbəsində nostalji musiqilər dinləyən müştərilər kitab oxumağa çay içərək daxil olurlar. Burada müştərilərin oxuduqları kitabları almaları icbari deyil. Kitabları oxuyub qaytarmaq da olar.

Anar Tağıyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR