1 dollarlıq mağara kirayə verilir - FOTO
Bizi izləyin

Bilgi.az

1 dollarlıq mağara kirayə verilir - FOTO

Aleksis Lamaruks və Lotte van Riel cütlüyü Fransanın Loire vadisində yerləşən mağaranı hərracda 1 dollara alıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 1 dollara aldığı mağaranı yenidən quraraq yaşayış üçün uyğun hala gətirib. Mağara elektriklə, kanalizasiya boruları ilə təmin olunub və təxminən 1 ildən sonra işlək vəziyyətə gətirilib. 45 min dollara ərsəyə gələn mağara səyahət saytında gecəsi 75 dollardan kirayə verilir.

Qeyd edək ki, yazda sərin, qışda isə isti olan mağaraların inşası və xidməti bütün dünyada ucuzdur. Mağaralar çökmür və zəlzələ zamanı təhlükəsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm