Gözü ilə kitab yazdı
Bizi izləyin

Bilgi.az

Gözü ilə kitab yazdı

Ancaq başını hərəkət etdirə bilən ALS xəstəsi gözü ilə kitab yazıb.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan 50 yaşlı Beyhan Bulud bir neçə ildir bu xəstəliyə tutulub. Tədricən bədən üzvləri hərəkət qabiliyyətini itirib. Iki il əvvəl isə ona ALS diaqnozu qoyulub. Lakin yalnız başı hərəkət edə bilən qadın həyatdan küsməyib. Əksinə qızı və keçmiş tələbələrinin köməkliyi ilə o, kitab yaza bilib. Keçmiş həyat yoldaşı ona şüşəsi olmayan eynək düzəldib və kənarlarına lazer bağlanıb. Yatağının qarşısındakı divara hərflər asılıb. Qadın başını hərəkət etdirərək lazerlə hərfləri seçib və tələbələri də həmin hərflərdən düzələn sözləri yazıblar.

"Bir-bir çıxıb getdilər" adlı kitabda o, həyatından bəhs edib. Kitabı təxminən 8 aya yazıb qurtarıb.

Qeyd edək ki, ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm