İNANILMAZ: 5 ilə 450 kitab oxudu - FOTO
Bizi izləyin

Bilgi.az

İNANILMAZ: 5 ilə 450 kitab oxudu - FOTO

Texnologiyanın inkişaf etdiyi bir dövrdə hələ də kitab oxuyan insanların olması sevindirici haldır. Bu gün avtobusda, metroda və digər nəqliyyat vasitələrində işə, dərsə gedib-gələnlər arasında telefonla vaxt öldürənlər çoxluq təşkil edir. Amma bu vaxtı mütaliəylə "əridənlər" də az deyil. Türkiyədəki xadimə qadın isə belə desək, texnologiyaya qarşı əməlli-başlı üsyan edib.

Publika.az xəbər verir ki, Sayime Genç adlı xanım istər dayanacaqda, istərsə də nəqliyyat vasitələrində vaxtını kitab oxumaqla keçirib. Bunun nəticəsində maraqlı statistika alınıb. Belə ki, 42 yaşlı Genç 5 il ərzində 450 kitab oxuduğunu söyləyib:

"Məktəbdə oxuduğum vaxtlarda ilk müəlliməm məndə kitaba məhəbbət oyatdı. Bu günə qədər də bu bağlılıq davam edir. Evdən işə gedəndə və qayıdanda gənclər vaxtını sosial şəbəkələrdə paylaşımlara sərfə edəndə mən kitab oxumağa üstünlük verirəm. Mənə təəccüblə baxanlar da olur. Hətta atam bəzən kitab aludəçisi olmağıma dözmür və mənə "kitab qurdu olacaqsan?" deyə sual verir. Məktəbi qurtarandan sonra 5 il ərzində 450 kitabı oxumuşdum".

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm