Yadplanetlilərin sığınacağı - Yerdəki gizli məkanlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yadplanetlilərin sığınacağı - Yerdəki gizli məkanlar – FOTOLAR

Yer üzündə elə yerlər, gizli məkanlar var ki, onlar güclü mühafizə olunur. Belə məxfi obyektlər, gizli məkanlar adətən ABŞ-da, Rusiyada, Norveçdədir. Həmin yerlərə hətta bu ölkənin hökumət rəsmilərinin girişi də qəti şəkildə qadağan edilib.

Publika.az dünyanın ən çox sirli saxlanılan, mühafizə edilən məxfi obyektlərini təqdim edir:

"Zona 51" – hərbi bazası ABŞ-ın Nevada ştatında, Las-Veqas şəhərindən 133 kilometr məsafədə yerləşir. Bu məxfi məkanın çox güclü formada mühafizə edilməsi onun barəsində saysız-hesabsız xəbərlərin, iddiaların, şayiələrin və müxtəlif versiyaların yayılmasına səbəb olub.

Jurnalistlərin həmin məkanla bağlı araşdırma aparma cəhdləri elə beşiyindəcə boğulub. Hökumət qurumları gizli obyekt barəsində hər hansı açıqlama verməkdən qəti şəkildə imtina edirlər.

Buna görə də, "Zona 51" – hərbi bazası haqda müxtəlif məlumatlar daim ölkə gündəmini zəbt edib. Bir çoxları iddia edir ki, "Zona 51"də Yerə uğursuz səfərlər etmiş yadplanetlilər, onların şüşə qablara doldurulmuş orqanları saxlanılır.

Yadplanetliləri xüsusi qablarda burada saxlayır, onların bədənləri üzərində gizli araşdırmalar aparır, başqa planetdən gəlmiş qeyri-adi varlıqları ölkə sakinlərinə göstərib insanlar arasında xof yaratmaq istrəmirlər. Bütün bunlar təsdiqini tapmamış iddialardır.

Bəziləri isə "Zona 51" – hərbi bazasının ABŞ hərbi təyyarələrinin təlim məkanı olduğunu iddia edir. Zonaya nəinki giriş, hətta yaxınlaşma da qadağandır.

Kosmosdan çəkilmiş şəkillər müxtəlif obyektlərin olduğunu sübut edir. Amma bu obyektlərin nədən ibarət olması, hansı məqsədlərə qulluq etməsi bu günə kimi heç kimə məlum deyil.

Əgər Yer üzündə nüvə müharibəsi, yaxud Üçüncü Dünya Müharibəsi başlasa, Norveç öz vətəndaşlarını çox asanlıqla xarici təhlükələrdən qoruya biləcək. Bu ölkədə hələ çoxdan inşa edilmiş gizli yeraltı "şəhər" gələcək sakinlərin təminatını hərtərəfli ödəyəcək.

Şpitsbergendəki yeraltı anbarda ölkə sakinlərinin təminatını ödəyəcək bütün qida növləri var: su, ərzaq, hətta dondurulmuş toxumlar və qurudulmuş meyvə-tərəvəz.

Ərzaq növləri, ayrı-ayrı qidalar konvertlərdə, xüsusi plastik paketlərdə saxlanılır. Zərurət olduqda onları xüsusi konteynerlərlə yerin altındakı bir ərazidən digərinə daşıyırlar.

Norveç alimlərinin sözlərinə görə, Yer üzündə təhlükə baş verəcəyi təqdirdə burada 4,5 milyon ailəni yerləşdirmək mümkün olacaq. Ölkə öz büdcəsindən bu məqsədlə 9 milyon dollar pul xərcləyib.

Norveçlilər habelə hesab edirlər ki, Üçüncü Dünya Müharibəsi başlasa, nüvə fəlakəti baş versə, yaxud Yer üzünü hər hansı təbii fəlakət ağuşuna alsa, bəşəriyyət məhv olacaq. Yalnız yerin altındakı bu etibarlı məkana sığınmış sakinlər sağ qalacaqlar.

Həmin ərazi gizli məkan üçün təsadüfən seçilməyib. Yeraltı "şəhəri"n yerləşdiyi məkan tektonik cəhətdən passiv yerdir. Burada uzun müddət zəlzələ, sürüşmə qorxusu olmadan yaşamaq mümkündür. Əraziyə giriş ciddi yasaq edilib və "şəhər" xarici aləmdən çox güclü mühafizə edilir.

"Metro-2" – bu gizli məkan onilliklərdir Rusiyada mövcuddur. İnsanlara girişin qəti qadağan edildiyi (mühafizəçilərə bura daxil olmaq istəyən şəxsə atəş açmaq səlahiyyəti verilib) həmin yer hələ SSRİ rəhbəri İosif Stalinin hakimiyyəti dövründə yerin altında inşa olunub.

Diktatorun bu məkanı hansı səbəbə inşa etdirməsi haqda müxtəlif versiyalar səsləndirilir. O, elə həmin vaxt məxfi "Altı" (6) kodu ilə adlandırılıb.

Yerin altında, 270 metr dərinlikdə yerləşən obyekt metro tuneli təsiri bağışlayır. O, əsl metroya oxşasa da, əslində "Metro-2"-nin missiyası tam başqadır.

"Metro-2" olduqca qapalı şəraitdə inşa edilib. Onun kommunikasiya xətləri "Vnukovo" aeroportu və digər strateji məkanlarla birləşir.

Gizli obyektin özünün xüsusi elektrovozu və relsləri var. Şübhəsiz ki, bunlar yeraltı məkan haqda məlum olan ən qısa məlumatlardır.

Metropoliten xəttinə oxşayan "Metro-2"-də bu gün nələrin saxlanıldığı məlum deyil.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm