• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

İt sahiblərini sevindirən araşdırma

  • Bilgi.az
  • 3 Fevral 2016 02:57
  • 1 052 Baxış
İt sahiblərini sevindirən araşdırma

"BBC"-də yayımlanan "Pişiklər və itlər" adlı sənədli film üzərində işləyən nevroloq Pol Zak itlərlə bağlı maraqlı bir həqiqəti üzə çıxarıb.

Publika.az xəbər verir ki, Pol Zakın apardığı araşdırma itlərin öz sahiblərini pişiklərlə müqayisədə 5 dəfə daha çox sevdiyini göstərib. Araşdırma zamanı heyvanların "oksitosin" (sevgi hormonu) səviyyələri ölçülüb.

Əvvəlcə, heyvan sahibləri özünün iti və ya pişiyi ilə oynayıblar. 10 dəqiqə sonra heyvanlar başqa bir otağa yığılıb. Yarım saat sonra yenidən sahibləri ilə görüşdürülən itlərdə "oksitosin" hormonunun səviyyəsi bir anda 57.2 faiz artıb. Pişiklərdə isə, sadəcə, 12 faiz artım müşahidə olunub.

Araşdırmanın ən maraqlı nəticəsi isə odur ki, insanlar öz qardaş və ya bacılarını görəndə sevgi hormanları, sadəcə, 40-58 faiz artır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR