Türk balıqçı nəhəng ilanbalığı tutdu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Türk balıqçı nəhəng ilanbalığı tutdu – FOTOLAR

Türkiyəli balıqçılar Mərmərə dənizində 2 metr uzunluğunda və 38 kiloqram çəkisi olan nəhəng ilanbalığı tutublar.

Publika.az xəbər verir ki, sözügedən balıq insanların böyük diqqətinə səbəb olub.

40 ildir balıqçılıqla məşğul olan Kənan Balcı tərəfindən tutulan ilan balığı Türkiyədə keçirilən balıq sərgisində də nümayiş etdirilib.

Kənan Balcı bildirib ki, Türkiyədə bu nəhəngliyində ilan balığına birinci dəfədir ki, rast gəlinir: "Adətən ilan balığı 45-50 santimetr uzunluğunda olur və çəkisi 8 kilonu keçmir. Bu qədər böyük ilan balığına ilk dəfədir rast gəlirəm".

Türk balıqçı onu da qeyd edib ki, bu balığın ilanla heç bir əlaqəsi yoxdur: "Sadəcə olaraq balıq ilana bənzədiyi üçün adı ilan balığı adlanır. İlan balığının əti də çox ləzzətli olur".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm